İnflyasiyanın yüksəlməsi uçot dərəcəsinin endirilməsini çətinləşdirib - ŞƏRH

İnflyasiyanın yüksəlməsi uçot dərəcəsinin endirilməsini çətinləşdirib - ŞƏRH
Gözlənildiyi kimi, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti bu gün keçirilən toplantısında da uçot dərəcəsini sabit saxlamaq haqqında qərar qəbul edib.
 
Qərara əsasən, uçot dərəcəsi 6,25%-də, faiz dəhlizinin aşağı həddi 5,75%-də, faiz dəhlizinin yuxarı həddi 6,75% səviyyəsində qalıb.

Sfera.az xatırladır ki, Mərkəzi Bank uçot dərəcəsini sonuncu dəfə 2020-ci ilin noyabrında dəyişdirib. Həmin tarixdə 6,5 faiz olan dərəcə 6,25-ə salınıb.
Ötən ilin noyabrına qədər uçot dərəcəsi azaldılırdı. Uçot dərəcəsi 2016-cı ildə 15 faizə qaldırıldıqdan sonra bir müddət sabit saxlanıldı. 2018-ci ildən uçot dərəcəsində enmə dinamikası başlanıldı və ilin sonunda 9,75 faizə, 2019-cu ildə 7,5 faizə, 2020-ci ildə 6,25 faizə salındı.
 
Uçot dərəcəsi istehlak bazarında baş verən qiymət dəyişiklikləri və makroiqtisadi vəziyyət nəzərə alınaraq müəyyənləşdirilir. Bir qayda olaraq inflyasiya hədəf səviyyədən yüksək olduqda uçot dərəcəsi artırılır, aşağı olduqda isə azaldılır. 2016-2017-ci illərdə uçot dərəcəsinin yüksəldilməsi məhz bahalaşmanın yüksək olması ilə bağlı idi. Həmin illərdə qiymətlər 10-13 faiz intervalında artdı. Amma 2018, 2019 və 2020-ci illərdə qiymət artımı 2-3 faiz intervalında baş verib. Buna görə də uçot dərəcəsi endirilib.
 
2021-ci ildən qiymətlərdə artım sürəti güclənib və yanvar-martda bahalaşma 3,9 faiz, bu ilin martında ötən ilin martına nisbətən isə 4,1 faizə yüksəlib. Bu, səviyyə Mərkəzi Bankın hədəf diapozonuna uyğundur. Mərkəzi Bank inflyasiyanın 4 faiz olmasını hədəfləyir.  

Qiymət səviyyəsi qənaətbəxş olduğundan, Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayır. Yəqin ki, mövcud vəziyyətdə hələ bir müddət uçot dərəcəsi dəyişdirilməyəcək.
 
Vasif
 
 
 

OXŞAR XƏBƏRLƏR

Milyonlarla insanın izlədiyi televiziya tarixinin ən çox baxılan hadisələri

İndi istədiyimiz vaxt, istədiyimiz yerdə hər şeyi təkrar-təkrar izləyə bilirik. Amma əvvəllər belə deyildi. Tarixdə elə hadisələr olub ki, eyni anda bütün dünya...

Türkiyədə zəlzələ baş verdi - Bu məktəblər bağlandı

Türkiyənin Tokat vilayətinin Sulusaray rayonunda 4,7 bal gücündə zəlzələ olub.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İda...

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

“WhatsApp” tərtibatçıları lazımi söhbətlərin daha sürətli və rahat axtarışı üçün mesencerə üç filtr əlavə ediblər.   Sfera.az bildirir ki...

Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO

Azərbaycanda təlim zamanı bəzi sürücülərə cərimələr yazılır.   Təbii ki, avtomobil idarə edərkən bəzi qaydaları bilmək vacibdir.   Təlimçi...

Dəri xərçənginin ən ölümcül növü: Melanoma nədir və onu vaxtında necə aşkar etmək olar?

Yaz və yay aylarının başlaması ilə insanlar açıq havada daha çox vaxt keçirməyə başlayırlar. Bu zaman dəri xərçəngi, xüsusən də melanomanın inkişaf riski ciddi ...

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO

Şəxsiyyət vəsiqəsi ilə yanaşı, bir neçə dövlət sənədi tam rəqəmsallaşacaq.   Sfera.az “Xəzərxəbər.az”a istinadən xəbər verir ki, bunu rəq...