“İnfiniti” və “Extra” gecə klublarının rəhbərləri həbs olundu

“İnfiniti” və “Extra” gecə klublarının rəhbərləri həbs olundu
Bakının Nərimanov rayonunda "İnfiniti” və "Extra” gecə klublarında epidemiya əleyhinə və karantin rejimlərinin pozulması halları aşkar olunub.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata görə, polis tərəfindən keçirilən tədbirlərlə həmin gecə klublarının rəhbərliyi müəyyən olunaraq saxlanılıb.

DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində fakta görə Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

"İnfiniti” gecə klubunun rəhbərliyi – Samiq Babayev, Jamal Nasser, "Extra” gecə klubunun rəhbərliyi Dilsuz Dəmirçiyev, Əmrah Yusifov həbs ediliblər.
Hazırda iş üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.




Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

DTX və DSX-dən birgə ƏMƏLİYYAT: Saxlanılanlar var - FOTOLAR

Azərbaycan Respublikasının dəniz sərhədlərinin еtibаrlı mühаfi­zəsinin təmin edilməsi, Хəzər dənizində rеjim qаydаlаrınа nəzаrətin güclən­dirilməsi, qaçaqmalçıl...

Bakıda ata qızının damarına heroin vurub öldürdü – Dəhşətli qətlin təfərrüatları

Bakıda qızına narkotik maddə vuraraq qəsdən öldürməkdə təqsirləndirilən Hacıağa Salamovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lakin atanın qızını...

Nərminin qətlində təqsirləndirilən İlkin Süleymanovdan YENİ XƏBƏR VAR

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuzda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəməsi ke...

“Kənddə hamı məni lağa qoyurdu” - Arvadını öldürən Rəşad

Xaçmazda ötən ilin avqustun 2-də arvadı Raisa Rəşidovanı xəyanət etdiyini iddia edərək onu döyüb öldürən Rəşad Rəşidova hökm oxunub. Sfera.az Kriminalqafq...

“Otaqlara sığmayan dollarlar, təyyarə kolleksiyaları və...” - Tarixin ən zəngin 10 qanqsteri haqqında MARAQLI FAKTLAR

Qanqsterlər sərvətlərini cinayət və narkotik kimi qanunsuz və zorakı yollarla əldə etsələr də, böyük gəlirləri ilə tanınırlar.   1900-cü illərdə bir çox ...

Mədəniyyət nazirinin sabiq müavininə 8 il həbs cəzası verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Sfera.az xəbər ver...