İnfeksionist qaydalara əməl etməyənlərə çağırış etdi: \"Səhiyyə sistemi çökə bilər\"

İnfeksionist qaydalara əməl etməyənlərə çağırış etdi: \
 İnanların daha çox toplaşdığı avtobuslarda və ictimai nəqliyyatda sürücülərin və sərnişinlərin tibbi maskadan istifadə qaydalarına riayət etməsi yoluxmanın qarşısını alan ən vacib məqamlardan biridir. Elə buna görə də, ictimai nəqliyyatda karantin qaydalarını pozan şəxslər inzibati məsuliyyətə cəlb olunur.

Bakı Nəqliyyat Agentliyi də öznövbəsində 34 məntəqədə sürücülərin və sərnişinlərin tibbi maskadan istifadəsinə nəzarət etdiyini açıqlayıb.

Lakin yenə də, avtobuslarda və ictimai nəqliyyatda qoruyucu maskadan istifadə etməyən və ya ümumiyyətlə, tibbi maskadan düzgün istifadə etməyən şəxslərə rast gəlmək olur. Bəzi hallarda isə insanların polis postlarını keçdikdən sonra maskanı çıxardığının şahidi oluruq. İnfeksionistlər isə virusdan qorunmaq üçün ən yaxşı yolun tibbi maskadan istifadə etmək olduğunu qeyd edir.
 

Məsələ ilə bağlı BiG.AZ saytına açıqlama verən infeksionist-hepatoloq Mərdan Əliyev bildirdi ki, koronavirus hava-damcı yolu ilə yoluxan infeksiya olduğu üçün ictimai nəqliyyatda sosial məsafə qorunmalıdır:

"Bir xətsə insanın tənəffüs yollarında damcı daxilində olan milyonlarla virus digər sağlam şəxsin tənəffüs yollarına daxil olub, onu yoluxdura bilər. Təbii ki, ictimai nəqliyyatda sosial məsafə qaydalarına riəyət etmək çətin olur. Buna görə də, yoluxmanın qarşısını almaq üçün ən yaxşı yol qoruyucu tibbi maskadan istifadə etməkdir. Bəzən qeyd olunur ki, sağlam insanların tibbi maskadan istifadə etməsinə ehtiyac yoxdur. Lakin bu, belə deyil. Biz çox zaman xəstə və sağlam insanın kim olduğunu bilmirik. Bəzən insan özü də yoluxduğunu bilməyə bilir və onda xəstəlik özünü asimptomatik şəkildə büruzə verir. Buna görə də, mütləq şəkildə tibbi maskadan istifadə olunmalıdır. Hesablamalara əsasən, əgər xəstə insanlar tibbi maskadan istifadə edərsə, virusun digər şəxslərə yoluxma ehtimalı 5%-ə düşür. Lakin həm sağlam, həmdə xəstə insanlar tibbi maskadan istifadə edərsə, bu zaman yoluxma ehtimalı cəmi 1,5% olur”.

İnfesksionistin sözlərinə görə, Azərbaycanda yoluxma hələ ki artmaqda davam edir və artımın hansı müddətə qədər davam edəcəyi bilinmir: "Çünki yoluxmanın pik nöqtəyə nə zaman çatacağı və azalmağa doğru gedəcəyi məlum deyil. Ola bilər ki, yoluxma hələ uzun müddət davam edəcək. Hazırda ölkəmizdə virusa yoluxan və dünyasını dəyişən insanlar çoxdur. Yoluxma riskini minimuma endirmək üçün zəruri tələblərə əməl etmək, məsuliyyətli davranmaq vacibdir. Karantin dönəmində isə mümkün qədər evdə qalmaq, ictimai nəqliyyatdan az istifadə etməyə diqqət etmək lazımdır. Bu virus qripdən fərqli olaraq ağciyərə enərək kəskin iltihab törədir və pnevmaniya yaradır. Bu zaman ağciyərdə "buzlu şüşə” simptomu meydana çıxır ki, bu da tənəffüs çatışmazlığına səbəb olur və bəzi insanlar boğulmadan dünyasını dəyişir”.
M. Əliyev yoluxma sayının artması ilə ölkədə yarana biləcək təhlükələrə də toxunub: "Kütləvi yoluxma halları olduqda səhiyyə sistemi bunu qaldırmaya bilir. Belə hal ilə bir sıra ölkələrdə, eləcə də Avropa ölkələrində müşahidə edildi. Ümumilikdə, hər bir xəsəxananın xəstə qəbulu üzrə müəyyən bir limiti və çarpayı sayı var. İnsanların qaydalara əməl etmədiyi halda yoluxma kəskin şəkildə arta bilər ki, bu da səhiyyə sisteminin çökməsinə gətirib çıxara bilər. Buna görə də, insanlar sosial məsuliyyətlərini dərk etməli, ictimai nəqliyyatda və insanların kütləvi yığışdığı yerlərdə qoruyucu tibbi maskadan istifadə etməli, sosial məsafə saxlamalı, gigiyena və dezinfeksiya qaydalarına əməl etməlidirlər”.

OXŞAR XƏBƏRLƏR

"Mən itirdikcə qazandım" - Oksana

"İnsan itirdikcə qazanır... Mən qazandım. Allaha min şükür olsun. Hər zaman dayağınız Allah olsun, dostlar, o hər şeyi bilir və görür, etibar edin ona... Ü...

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi

Lənkəran şəhərində 24 yaşlı Əhməd Salayev anasının xərçəng xəstəsi olmasını eşidib həyatına qəsd edib.    Sfera.az-ın məlumatına görə, hadisə bu...

Azərbaycan Kuboku: "Qarabağ" "Neftçi"yə qalib gələrək finala yüksəldi

Futbol üzrə Azərbaycan Kubokunda ikinci finalçı müəyyənləşib.   Sfera.az-ın məlumatına görə, yarımfinalın cavab matçında "Qarabağ" "Ne...

Şolts: "NATO Rusiya Federasiyası ilə müharibə vəziyyətində deyil"

NATO ölkələri Ukraynanı dəstəkləyir, lakin blokun Rusiya ilə müharibə etməməsi vacibdir. Sfera.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Br...

Dünyanın ən cazibədar kişisi idi: Ağır xəstəlik Alen Delonu necə dəyişdirdi?

88 yaşlı dünya kinosu əfsanəsi Alen Delonun qızı Anuşka Delon 71,6 min abunəçisi olan sosial şəbəkə səhifəsindəki paylaşımı ilə hər kəsi kədərləndirib.  ...

Qazaxıstan və Britaniya tərəfdaşlıq sazişi imzaladı

Qazaxıstan və Britaniya strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalayıb.   Sfera.az xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini və...