İndoneziyada vulkan püskürməsində ölənlərin sayı artdı
17:39 / 06.12.2021
989
İndoneziyanın Yava adasında Semeru vulkanının püskürməsi nəticəsində həlak olanların sayı 22-yə çatıb.
Sfera.az xəbər verir ki, təbii fəlakət nəticəsində daha 20 nəfər itkin düşüb.
Həlak olanlardan 5-nin kimliyini hələ ki, müəyyən etmək mümkün olmayıb.
Qeyd edək ki, Semeru vulkanı Yava adasında ən yüksək zirvədir və İndoneziya ərazisində 130-a yaxın aktiv olan vulkanın sırasına daxildir.