\"İndi hər kəsin taleyi öz əlindədir, özümüzü, ailəmizi qorumalıyıq\" - Ramin Əhmədov

\
 "Azərbaycanda xüsusi karantin rejiminin yenidən tətbiq edilməsinə qərar verilib. İyunun 21-dən iyulun 5-nə qədər Bakı, Sumqayıt, Abşeron, Gəncə, Yevlax, Cəlilabad, Lənkəran və Masallıda rayonlarında sərt karantin rejimi tətbiq olunacaq. Buna səbəb Azərbaycanda yeni növ koronavirus infeksiyasına yoluxma sayının artan dinamika üzrə inkişaf etməsidir. Aydındır ki, ölkə rəhbərliyi müşahidə olunan mənfi tendensiyaya uyğun qərarlar qəbul etmək məcburiyyətindədir. Bu məsələdə nə iqtisadi, nədəki maddi maraqları insan sağlamlığından üstün tutmaq olmaz. Dövlətimiz məsələyə bu nöqteyi nəzərdən yanaşır və lazımi addımlar atır. Artıq KİV vasitəsilə sərt karantin rejimi barədə bütün lazımi detallar ictimaiyyətə çatdırılıb. Hər bir vətəndaş sərt karantin rejiminin tələblərinə qeyri-şərtsiz əməl etmək məcburiyyətindədir. Çünki bu qərarların kökündə hər birimizin ailəsinin, övladlarının və ümumilikdə xalqımızın sağlamlığı dayanır".

Sfera.az xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov ölkənin bəzi şəhər və rayonlarında tətbiq olunan sərt karantin rejimi ilə bağlı danışarkən deyib.

YAP rəsmisi qeyd edib ki, dövlət virusun ölkəmizdə kütləvi yoluxmalara və ölümlərə səbəb olmasının qarşısını almaq üçün dəqiq strategiya yürüdüb və indi də eyni xətlə irəliləyir: "Mən dövlətin COVİD-19 infeksiyasına qarşı apardığı mübarizəni yaxından izləyirəm. Müşahidələrim göstərir ki, Azərbaycan dünyaya koronavirusla mübarizədə yeni model təqdim edir. Həm əhalinin sosial vəziyyəti, həm də insanların sağlamlığı dövlətin tam nəzarətindədir. Yəni dövlətimiz əhalinin COVİD-19 infeksiyasına yoluxması üçün bütün xilas metodlarını sınaqdan keçirir. Bəs, əhali dövlətin göstərdiyi qayğıya adekvat olaraq yoluxmanın artmaması üçün nəsə edirmi? Mən deyərdim, xeyir. Təbii ki, əhali karantin qaydalarına əməl etsəydi, sərt karantin rejimi yenidən tətbiq edilməzdi. Analoji qərarın yenidən verilməsi nə dövlətin, nə də əhalinin maraqlarına uyğundur. Çünki məhdudlaşdırmaların tətbiq olunması dövlətin və vətəndaşın iqtisadi gəlirlərini kəskin azaldır. Ona görə də vətəndaşlarımız bu dəfə sərt karantin rejiminin qaydalarına tam əməl etməklə həm dövləti, mən də özlərini bu koronavirus bəlasından qısa müddət ərzində xilas edə bilər. Yoxsa Azərbaycanda faciəvi ssenarilərin yaşanmasına şahidlik edəcəyik".

Koronavirusu "siyasi oyun" adlandıranlara səslənən Ramin Əhmədov qeyd edib ki, belə sosial şəbəkə "qəhrəmanları" vəziyyətin gözlənilməz məcraya yönəlməsində birbaşa günahkardırlar: "Vətəndaş belə riyakarlara qarşı birlik nümayiş etdirməlidir, "inanıram", "inanmıram" müzakirələrinə son qoyulmalıdır. Çünki mütəxəssislərin qənaətlərindən belə nəticəyə gəlmək olur ki, Azərbaycanda pandemiya ilə bağlı vəziyyət heç də ürəkaçan deyil. Belə bir məqamda hər məsuliyyətsiz davranış vəziyyətin daha da gərginləşməsinə təkan verir". Ramin Əhmədov qeyd edib ki, bundan sonra hər kəsin taleyi öz əlindədir: "İnsanlarımız nə istəyir? İstəyir ki, İspaniya, İtaliya və digər Avropa və Latın Amerikasındakı faciəvi vəziyyət bizdə də yaşansın? Hər bir fərd öz ailəsini, yaxınını qorumaq məsuliyyətini öz çiyinlərində hiss etməlidir. Təbii ki, valideynini, övladını düşünən şəxs öz məsuliyyətini dərk etməli, qaydlara qeyri-şərtsiz əməl etməlidir. Belə həssas məsələlərdə məsuliyyətsiz davranışlar yolverilməzdir. Sərt karantin rejimin qaydalarına əməl etməyənlər hüquqi məsuliyyətə cəlb olunmalıdırlar".

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...