“İndi əlimiz-qolumuz gücləndi, daha çoxunu tələb edəcəyik” – Politoloq atəşkəsi şərh edir

“İndi əlimiz-qolumuz gücləndi, daha çoxunu tələb edəcəyik” – Politoloq atəşkəsi şərh edir
"Nə vaxtdan bəri hamı beynəlxalq müqavilələrin mətn üzrə mütəxəssisi oldu? Hamı orda bir şey görür. Bunu razılaşdırmaq üçün 8 saat iş getdi, bir sənəd çıxmalıydı, bu aydın məsələdir. Nə vaxtdan bəri keçici mətnlər "Quran” hökmündə oldu? Kim dedi ki, həmin mətnlər tərtiblənsə (ki, bizim mətndə heç nə yoxdur), artıq buna riayət etməliyik. Məgər, bu əməliyyatı başlamaqla bir öncəki atəşkəs müqaviləsini heçə saymadıqmı? Ona görə, əlimizi, qolumuzu bağlayan heçnə yoxdur”.

Sfera.az bildirir ki, bunu politoloq Rövşən İbrahimov özünün "Facebook” səhifəsində yazıb.


 

Dünən Moskvada Rusiya, Azərbaycan və Ermənistan Xarici işlər nazirlərinin üçtərəfli görüşünün nəticəsində elan olunan humanitar atəşkəsi şərh edən R.İbrahimov önəmli bir nüansa diqqət çəkib. O, müqavilənin prezidentlər səviyyəsində imzalanmadığını diqqətə çatdırıb:


"Ayrıca, müqavilə Xarici işlər nazirləri səviyyəsində imzalanıb, daha ciddi sənədlər dövlət başçıları səviyyəsində edilir. Putin isə bilərək özünü hələ bu işə salmayıb. Həm də beynəlxalq müqavilə hökmünə gəlsəydi, onun ratifikasiyası lazımdır.


Politoloq ordunun da istirahətə ehtiyacı olduğunu bildirib:


"Kim dedi ki, əməliyyat başlayacaq, sonuna kimi eyni nəfəslə davam edəcək? Həm də kim dedi ki, atəşkəs imzalansa, əməliyyata davam olmayacaq? Niyə belə baxırıq məsələlərə? Halbuki, bizim ordumuzun da istirahətə ehtiyacı var, maşın deyillər onlar, iki həftə çimməyənlər var. Eksperiment üçün, siz də yatmadan çimmədən, soyuq yemək yeyə yeyə, dayanışma göstərin əsgərlərə, görək nə qədər dözürük? Yaralıları balanslı şəkildə müalicə etmək, yeni mövqelərə rahat şəkildə yerləşmək, vəziyyəti anlamaq, bu qədər sursat istifadə etdik, yeniləmək lazımdır. Gətizdirmək, istehsal etmək…

Ölüləri cəbhədən çıxartmaq, az bir şeymi? Ayrıca, şəhidlərimizi normal şəkildə torpağa basdırmalıyıq”.


Onun sözlərinə görə, atəşkəs ruh düşkünlüyü yaratmamalıdır:


"Kim dedi ki, bu müharibə ancaq Azərbaycan və Ermənistan arasındadır və beynəlxalq arenadakı həqiqətlərlə hesablaşmaq lazım deyil. Elə olsaydı, çoxdan müharibə edərdik. 2008-ci ildə Gürcüstanın cəhdi nə ilə bitdi hamıya məlumdur. Rusiya gəldi, girişdi, Qarabağın müstəqilliyini tanıdı: sonra? Deyirsiniz Türkiyə var. Birincisi, Türkiyənin min bir problemi var indi, ikincisi, Rusiya ilə baş edəcək potensialı yoxdur. Etsə belə, yıxıq vəziyyətdə çıxar belə mübarizədən, bu bizə lazımdır?


Ruh düşkünlüyü niyə var?


Çox idealistik baxırıq: bəziləri hətta deyirdi, Ermənistandakı torpaqları da almaq lazımdır. Xəritə çəkirdik. Ciddi olaq.

 

Reallıq: Azərbaycan istəyirdi ki, Ermənistan aparılan danışıqlara riayət etsin, məqsəd torpaqları azad etməkdir. Amma heç vaxt deyilməyib ki, Qarabağdakı ermənilər qovulacaq”.


Politoloq əməliyyatın və atəşkəsin Azərbaycana nə qazandırdığını da izah edib:


"Ermənilər danışıqlara riayət etsəydilər, biz indikindən daha azına nail olacaqdıq. İndi əlimiz-qolumuz gücləndi. Daha çoxunu tələb edəcəyik - onlar biraz gecikmələr, oyan buyan etsələr, yenidən davaya başlayacağıq.


Ən önəmlisi: Qarabağdakı ermənilərin qayıdacağı bir yeri yoxdur, qış başlayır, elə Ermənistanda qalacaqlar, ordan da qaçan qaçacaq. Oranı yenidən bərpa etməyə imkanları da yoxdur. Lap tutaq status verdik, onlarda artıq əvvəlki rahatlıq olmaz.


Ayrıca, Paşinyan hələ durmalı, belə axmaqla biz hər vaxt əməliyyatı bərpa edə bilərik. Əməliyyat niyə mümkün oldu? Səbəblərdən biri, Rusiyanın Ermənistanı cəzalandırma istəyidir. Yoxsa, elə bilirsiniz Rusiya istəyər belə tez münaqişə həll olunsun? Qarabağ, əlindəki geosiyasi "kozır”dır.

 

Azərbaycan unikal fürsəti ən ideal şəkildə istifadə edib, əlini gücləndirib, hamını təəccübləndirib və işinə davam edir.

 

Deyirsiniz, çatdaki idiot ermənilər sizə güləcək? Buna görə? Onda siz onlardan da idiotsunuz ki. Hissiyatla heç vaxt düşünməyin, rasional baxın məsələlərə”.


OXŞAR XƏBƏRLƏR

"Barselona"nın futbolçusu PSJ ilə oyundan sonra TƏHDİD OLUNDU

"Barselona" klubunun futbolçusu Joau Kanselu İspaniyada PSJ-yə 1:4 hesabı ilə uduzduqları Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunundan ...

Yeni kurikulumlar tədris prosesində nələri dəyişəcək? - ARTİ-nin şöbə müdiri ilə MÜSAHİBƏ

“Kurikulum sənədi müəllimlərin həvəslə istifadə edəcəkləri, faydalanacaqları resursa çevriləcək”   Sfera.az xəbər verir ki, bunu&nbs...

Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI

Milli Məclisin yaz sessiyası üzrə 23 apreldə keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb.   Sfera.az xəbər verir ki, toplantının gündəli...

Azərbaycan BMT ilə COP29 çərçivəsində əməkdaşlığı MÜZAKİRƏ ETDİ - YENİLƏNDİ

Azərbaycanda “yaşıl enerji” sahəsinə investiyaların cəlbi, xüsusilə inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi və bu istiqamətdə beynəlxalq əməkda...

Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”

“Azərbaycan inkişaf və quruculuq yolu ilə inamla irəliləyir. Ölkə Prezidenti cənab İlham Əliyevin rayon və bölgələrə etdiyi mütəmadi səfərlər görülən işlə...

Azərbaycanın məşhur Əməkdar artisti VƏFAT ETDİ - FOTO

Azərbaycanın Əməkdar artisti dünyasını dəyişib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Rus Dram Teatrının əməkdaşı Yuri...