Çindən təxliyə edilən Azərbaycan vətəndaşları karantina alındı

Çindən təxliyə edilən Azərbaycan vətəndaşları karantina alındı
Koronavirus təhlükəsi ilə əlaqədar Çinin Uhan şəhərindən təxliyə olunan 6 Azərbaycan vətəndaşı üçün karantin mərhələsi başlayıb.

Sfera.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan vətəndaşları Ankara Zəkai Tahir Burak Qadın Xəstəlikləri və Araşdırma Xəstəxanasında 14 gün müddətində karantin şəraitində saxlanacaq.

Beləliklə, 14 gün ərzində 3 gündən bir müayinə edilən həmin şəxslər üçün təkadamlıq otaqlar ayrılıb. Xəstəxanadakı tibbi heyət və hətta xəstəxananı mühafizə edənlər belə xüsusi geyim və maskalarla təmin olunub.

Azərbaycanın Türkiyədəki Səfirliyindən verilən məlumata görə, səfirlik vətəndaşlarımızın vəziyyətini nəzarətdə saxlayır.

Qeyd edək ki, ötən gecə yerli vaxtla saat 21.12-də Çinin Uhan şəhərində aralarında Azərbaycan vətəndaşları da olan 42 nəfərin təxliyəsini həyata keçirən Türkiyənin "Koca Yusuf” ambulans-təyarəsi  Ankaradakı  Etimeskut Hava və Hərbi Hava Qüvvətləri Qurumlarının aeroportuna enib. Türkiyə Səhiyyə Nazirliyinin yaratdığı karantin şəraiti daxilində "Koca Yusuf” sərnişinləri və təyyarədəki 20 heyət üzvü xüsusi ambulansla Ankarada Zəkai Tahir Burak xəstəxanasına çatdırılıb. Çindən təxliyə edilənlər və tibbi-texniki heyət xəstəxanada öncədən hazırlanmış şəraitə uyğun xüsusi şəkildə izolyasiya olunmuş fərdi otaqlarda yerləşdirilib.

Çindən təxliyə olunanl şəxslərin heç birində koronavirus (2019-nCoV) ölümcül virus aşkarlanmayıb.

OXŞAR XƏBƏRLƏR

Xəzər dənizində süni torpaq sahələri ilə bağlı yeni qanun layihəsi TƏSDİQLƏNDİ

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib.   Sfera.az-ın xəbərinə görə, Milli M...

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.   Sfera.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında m...

Donald Tramp: "Ukraynaya dəstək artırılmalıdır"

Ukraynaya dəstək artırılmalıdır.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.  ...

"134 əməkdaşla 36 milyardlıq büdcənin auditini əhatə etmək qeyri-mümkündür" - Zahid Oruc

“Hesabata dair hər iki məruzəni yüksək qiymətləndiririk. Çünki obyektivliyə əsaslanır, xərclər barəsində parlament üzvlərində peşəkar rəy yaradır, başa dü...

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...