No Image

Çindən sifariş təhükəlidirmi? - “Sifarişlər son günlər azalıb” - VİDEO

Çindən sifariş təhükəlidirmi? - “Sifarişlər son günlər azalıb” - VİDEO

Koronovirus təhükəsi hər ötən gün böyüməkdədir. Bu proses ölkəmizdə də hər kəsi narahat edir. Çin ilə aramızda minlərlə kilometr məsafə olsa da, hər gün bu ölkədən gətirilən onlarla məhsul müxtəlif yollarla ölkəmizə daxil olur. Etibar Məmmədov uzun müddətdir ki, onlayn alış-veriş edir. O bildirir ki, son günlər məlum səbəblərdən sifarişi geri götürənlərin sayı çoxalıb. Hər kəs virusa yoluxmaqdan çəkinir.  

Sfera.az bildirir ki, ARB TV-nin efirində yayımlanan "Günə doğru" verilişi sözügedən məsələ ilə bağlı maraqlı süjet hazırlayıb.

Sakin: "Son 10-15 gündə ləğvlər çox olur. Yəqin ki, qorxurlar".

Mütəxəssis Cahid Əliyev fərqli fikirdədir. Onun sözlərinə görə  məhsullara toxunmaq vasitəsi ilə virusa yoluxma ehtimalı çox azdır. Çünki əşyalar dövlət sərhəddinə daxil olarkən xüsusi cihazlarla yoxlanılır. Elə son günlər sifarişlərin gecikməsi də bununla əlaqəlidir.  

Cahid Əliyev - Mütəxəssis: "Təbii ki, gömrükdən keçəndə yoxlanılır. Hazırkı vəziyyətə görə Çindən gələn, ətraf ölkələrdən gələn virusa görə daha ciddi yoxlamalar gedir. Sifarişlərdə gecikmə ola bilər hətta elə ola bilər ki, sifariş gəlməz".

Məsələyə tibbi tərəfdən də aydınlıq gətirməyə çalışdıq. Həkim Əlniyaz Ramazanlının sözlərinə görə koronavirus, əsasən, insanlara nəfəs, hava, su yolu ilə keçir. Əşyadan yoluxma riski isə minimumdur.

Əlniyaz Ramazanlı - Həkim: "Koronavirus bir qida məhsulları ilə yoluxur, bir də hava-damcı yolu ilə. Yoluxma yolu bunlardı. Xəstədən xəstəyə, havadan xəstəyə keçə bilər. Sizin dediyiniz mallar vasitəsi ilə yoluxma riski minimumdur".

Ümumi mənzərədən göründüyü kimi əşyaya təmas ilə virusa yoluxma ehtimalı azdır. Lakin hər kəs önləyici tədbirlərin görməli və sifariş olunan məhsula əl ilə toxunduqdan sonra texniki spirtlə həm məhsulu həm də əllərini təmizlənməlidir. (milli.az)


 

OXŞAR XƏBƏRLƏR

“İnformasiya məkanında erməni və onlara nökərlik edənlərlə savaş aparmalıyıq” - ÇAĞIRIŞ

  "Bəzən özünü bizdən hesab etməyənlər Azərbaycan xalqının və dövlətinin haqq işinin üzərinə kölgə salmağa çalışır, təslimçi mesajlar verir, düşmənin info...

Azərbaycana payız gəlib

  Azərbaycana payız gəlib.  Sfera.az-ın məlumatına görə, payız fəsli Azərbaycana saat 17:30:36-də daxil olub. Qeyd edək ki, həmin gün gecə ilə günd...

DTX vətəndaşlara müraciət etdi

  Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində hərbi təxribatların intensivləşməsi ilə eyni vaxtda düşmən tərəfi sosial şəbəkə resurslarında saxta az...

“Hamıya planşet paylaya bilmərik ki...” – Təhsil Nazirliyindən açıqlama

Mövcud pandemiya səbəbi ilə dünya ölkələrinin bir çoxunda olduğu kimi ölkəmizdə də distant təhsil tətbiq olunur. Tədris prosesinin bu qaydada aparılması isə ö...

Ağdaşda ev əşyaları ilə birgə yanıb

  Ağdaş rayonunda ümumi sahəsi 144 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları 72 m² sahədə yanıb. Fövqəladə Hallar Nazirliyindən Sfe...

“La-La Lend” filminin ulduzu gizlin ərə gedib hamilə qaldı

Aktrisa Emma Stoun gizlin ərə gedib və hamilə qalıb. Bu haqda Daily Mail nəşri məlumat verir.   "La-La Lend” in 31 yaşlı ulduzu və onun 35 yaşlı s...