Çindən gələn növbəti yük karvanı Türkiyəyə yola salındı - FOTO

Çindən gələn növbəti yük karvanı Türkiyəyə yola salındı - FOTO
Çindən hərəkət edən növbəti yük karvanı Bakı Limanından keçərək Türkiyəyə yola salınıb.

Bakı Limanından verilən məlumata görə, iyun ayının 30-da Çinin Sian şəhərindən çıxan və Türkiyənin İstanbul şəhərinə istiqamətlənən 43 konteynerdən ibarət blok qatarı Bakı Limanında aşırılıb. 6 saat davam edən yükaşırma əməliyyatından sonra yüklər Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzərindən Türkiyəyə çatacaq.

Qatarla Türkiyə Respublikasına Çin istehsalı olan elektronika məhsulları göndərilib. Yükdaşımanın operatoru Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu konsorsiumunun üzvü "Ady Container" MMC-dir.

Qeyd edək ki, bu, Sian-İstanbul marşrutu üzrə hərəkət edən ikinci karvandır. "Xi'an Free Trade Port Construction and Operations" logistik platforma tərəfindən təşkil olunan blok qatar mütəmadi olaraq Çindən Türkiyəyə yüklər daşıyacaq.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Bakı polisi nəzarət-profilaktik tədbirləri davam etdirir - FOTOLAR

 Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə paytaxtda iri supermarketlər şəbəkələrində, apteklərdə və fəal...

Daha bir jurnalist koronavirusdan sağalıb - FOTO

 Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi Aynur Nəsirova koronavirusdan sağalıb. Sfera.az xəbər verir ki, bu barədə Aynur Nəsir...

Ziya Məmmədovun tikdirdiyi bina satılır - QİYMƏT

  Sabiq Nəqliyyat naziri Ziya Məmmədovun illər əvvəl Quba şəhərində tikdirdiyi birbloklu çoxmərtəbəli bina satışa çıxarılıb. Sfera.az publika.az-a i...

Partiya sədri: "Ədalət Vəliyev dedi ki, Prezidentin bununla bağlı xüsusi tapşırıqları var”

  Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalı parlamentdə təmsil olunan partiya nümayəndələrinin Prezident Administrasiyasının Si...

Müdaifə nazirinin yeni müavini kimdir? - DOSYE

 Xəbər verdiyimiz kimi, general-leytenant Nizam Osmanov Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi v...

Rəhbər vəzifəli şəxslər reydləri davam etdirir

 Sfera.az xəbər verir ki, İsmayıllı Rayon İcra Hakimiyyətinin Facebookdakı rəsmi səhifəsində İsmayıllı rayonunda keçirilən növbəti reydlə bağlı məlumat ...