Çində yanğın nəticəsində 14 nəfər öldü

Çində yanğın nəticəsində 14 nəfər öldü
Çinin şimal-şərqində yerləşən Tszilin vilayətindəki Çançun şəhərində logistika anbarında baş verən yanğın nəticəsində azı 14 nəfər ölüb, 12 nəfər xəsarət alıb.

Sfera.az  xəbər verir ki, bu barədə "Sinhua” agentliyi məlumat yayıb.

Məlumata görə, yanğın günün ikinci yarısında yüksək texnoloji sənaye zonasının ərazisində yerləşən anbarda baş verib.

Hadisənin digər təfərrüatları barədə hələlik məlumat verilmir.

Hadisənin başvermə səbəbləri müəyyənləşdirilir, araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR