Çində sabiq məmur korrupsiyaya görə CƏZALANDIRILDI

Çində sabiq məmur korrupsiyaya görə CƏZALANDIRILDI
Çinin CITIC Group (Çin Beynəlxalq Trast Sərmayə Korporasiyası) dövlət şirkətinin sabiq icraçı direktoru Jao Cinqven barəsində iki ildən çoxdur davam edən məhkəmə istintaqı başa çatıb.

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Hunan əyalətindəki Çanqşa Orta Xalq Məhkəməsində çıxarılan qətnamə ilə rüşvətxorluq və korrupsiya cinayətlərinə görə bütövlükdə 18 il həbs cəzasına və 3,2 milyon yuan (495 min dollar) məbləğində cəriməyə məhkum edilib.

Məhkəmə qərarına görə, müttəhim törətdiyi cinayətləri etiraf edərək peşman olduğu, qanunsuz ələ keçirdiyi vəsaitlərin hamısını təhvil verdiyi və istintaqa əngəl yaratmadığı üçün cəzası bir qədər yüngül olub.

Rəsmi məlumata əsasən, 2012-ci ildə hazırkı dövlət başçısı Si Cinpin hakimiyyətə gələndən bu yana ölkədə korrupsiyaya görə bütövlükdə 4,1 milyon nəfər müxtəlif cəzalara məruz qalıb.

OXŞAR XƏBƏRLƏR

Degenerativ xəstəliklər nədir və həyati təhlükəsi varmı?

  Degenerativ sinir xəstəlikləri ciddi və ya həyati təhlükə yarada biləcək xətəliklərdir. Bu xəstəliklər balans, hərəkət, nitq, tənəffüs və ürək fu...

"Rusiya, Azərbaycan, Türkiyə və İran Qərbə qarşı birləşməlidir" - Korotçenko

"Ermənistanın Qərbin təsir platformasına çevrilməməsi üçün Cənubi Qafqaz ölkələri birgə məsləhətləşmə formatı yaratmalıdırlar". Sfera.az xəbər ve...

Qazimiz Türkiyədə faciəvi şəkildə ÖLDÜ - FOTO

Vətən müharibəsi qazisi, Saatlı rayon Fətəlikənd sakini Orxan Qələndər oğlu Mürtəzov Türkiyədə dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, əmisi il...

Putindən “Crocus”dakı terrorla bağlı YENİ AÇIQLAMA: "Cinayətin bütün iştirakçılarını..."

Rusiya Prezidenti Vladimir Putin “Crocus City Hall”da baş vermiş terror aktı ilə bağlı son məlumatı açıqlayıb.   Sfera.az bildirir ki, dö...

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü BAŞLADI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibdə görüşü başlayıb.   Sfera.az ...

Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi OLDU

Azərbaycana dövlət səfərinə gələn Qırğızıstan Prezidenti Sadır Japarovun aprelin 24-də rəsmi qarşılanma mərasimi olub.   Sfera.az xəbər verir ki, hər...