Çində gəmi batdı, ölənlər var

Çində gəmi batdı, ölənlər var
Çinin Qunşou vilayətində bir gəmi aşıb.

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə, doqquz nəfər ölüb, altı nəfər isə itkin düşüb.

Bildirilib ki, 40 nəfər tutumlu gəmi Zankqe çayında aşıb. Gəminin batmasına tutumundan çox sərnişin götürməsi səbəb olub.

Sərnişinlərin çoxu tələbə olub. İtkin düşənlərin axtarışları davam edir. Xilasetmə əməliyyatı üçün əraziyə 17 briqada və 50 qayıq cəlb olunub.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR