Çində əriyən buzlaqlardan elmə məlum olmayan qədim viruslar aşkarlandı

Çində əriyən buzlaqlardan elmə məlum olmayan qədim viruslar aşkarlandı
Çinin Tibet yaylasında alimlər ərimiş buzlaqlardan indiyədək naməlum olan qədim virus növləri aşkar edib.

Sfera.az xəbər verir ki, ABŞ-ın Ohayo Universitetinin bioloqları Tibetdən 2015-ci ildə götürülmüş 15 min illik buzlaq nümunələrindən 33 fərqli virusun genetik kodunu müəyyənləşdirib.

Qeyd olunur ki, bu viruslardan dördü əvvəllər məlum olub, 29-u isə tamamilə yeni, bu günədək elmə məlum olmayan viruslardır.

Mütəxəssislər hesab edir ki, buzlaqlar əridikcə bu cür viruslar aşkar olunmaqda davam edəcək.

OXŞAR XƏBƏRLƏR