\"İnanmıram ki, Paşinyan belə bir əmr versin...\" - Şuşa və Naxçıvana atəş göstərişini kim verib?

\
Xəbər verdiyimiz kimi, erməni silahlı qüvvələri Şuşa və Naxçıvan üzərindən hərbi birləşmələrimizi atəşə tutub. Erməni təxribatı nəticəsində bir hərbçimiz yaralanıb.

Məsələ ilə bağlı Sfera.az-a danışan İbrahim Cəfərov Naxçıvan və Şuşaya atəş əmrinin Nikol Paşinyan tərəfindən verilmədiyini bildirib: "Sülhməramlıların bu məsələ ilə bağlı məsuliyyəti çox böyükdür. Çünki onların əsas missiyasi bölgədə sülhü və atəşkəsi təmin etməkdir. Bütün hallarda atəşkəsin pozulması Rusiya sülhməramlılarının üzərinə böyük məsuliyyət qoyur.

İkincisi, atəşkəsin pozulması, erməni tərəfindən atəşin açılması və s. bütün bunlar Ermənistan ordusunda infrastrukturun sıradan çıxmasının göstəricisidir. 44 gün ərzində davam edən müharibə Ermənistan Silahlı Qüvvələrinin bütün infrastrukturunu sıradan çıxarıb.

Bu gün Ermənistanda vahid mərkəzdən idarə olunan ordu olduğunu düşünmək mümkün deyil. Artıq Ermənistan ordusunda özbaşınalıq müşahidə olunur. Ola bilsin ki, erməni əsgərləri atəşkəsi pozmaqla bağlı əmri vahid mərkəzdən almayıblar. Lakin Paşinyanın imzaladığı sənədə əks getmək məntiqə sığmır. Bu, daha çox Paşinyanın əleyhinə olan bir addımdır və ona qarşı olan qüvvələrin işinə bənzəyir. İnanmıram ki, Paşinyan Şuşanın atəşə tutulması ilə bağlı hər hansı əmr versin. Bu inandırıcı görünmür".
 
Ekspert təxribat törədənlərin revanşistlər olduğunu deyib: "Atəşkəsi pozan revanşistlərin məqsədi yenidən aranı qızışdırmaq və əvvəlki mifləri geri qaytarmaqdır. Lakin bu mümkün olmayacaq. Cənab prezidentin çıxışında da revanşistlərlə bağlı bir məqam var. O bildirir ki, revanşistlər başlarını qaldırmasınlar, dəmir yumruq hələ aşağı enməyib. O qeyd etdi ki, biz nəinki 21-ci əsrin, hətta 22-ci əsrin müharibəsinə hazır olmalıyıq".
 
Əzizə Zeynal
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə GÖRÜŞDÜ - FOTO/VİDEO

Quru Qoşunlarının qərargahında Aprelin 20-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.   Bu barədə ...

TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı MƏLUMAT

"Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub". &nb...

Rusiya kvotanı artırdı – Daha çox taxıl ixrac ediləcək

Rusiya hökuməti taxıl məhsullarının ixracı üçün müəyyənləşdirdiyi kvotanı artırıb.  Sfera.az xəbər verir ki, bununla bağlı qərarı Nazirlər Kabineti qə...

“Anlamaq olmur ki, Qərb nə istəyir? ” – VİDEO

“Əslində Rusiya sülhməramlıların Qarabağa gəlişi də, gedişi də dünyada diskusiyalara səbəb olmuşdu. Burada qeyri-adi heç nə yoxdur. Çünki burada söz sahib...

Cavanşir Məmmədov VƏFAT ETDİ

Əməkdar artist Cavanşir Məmmədov dünyasını dəyişib.   Sfera.az-ın  Axşam.az-a istinadən məlumatına görə, müğənni bu gün 70 yaşında qəfil ür...

Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya EDİLDİ

Azərbaycan vətəndaşı Nəzərov Mais Fəxrəddin oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Qazaxıstanın Baş Prokurorluğu tərəfindən təmin edilib. ...