İnam Kərimov: Əli İnsanovun yerinə başqası olsaydı, özünü asardı - VİDEO

İnam Kərimov: Əli İnsanovun yerinə başqası olsaydı, özünü asardı - VİDEO
Ümumiyyətlə hesab etmirəm ki, qeyd etdiyiniz şəxs sual mövzusu olmağa layiqdir. Amma indi ki sualı vermisiniz, mən də istərdim ki, bu suala bir kənd təsərrüfatı naziri kimi deyil, sadə bir Azərbaycan vətəndaşı kimi cavab verim.
Sfera.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov sabiq səhiyyə naziri Əli İnsanovla bağlı sualı cavablandırarkən deyib.
"Bilirsiniz ki, Əli İnsanov vaxtilə Heydər Əliyevin ən yaxın tərəfdaşlarından olub, onun xidmətində olub. Biz bilirik ki, Heydər Əliyev böyük insan olub, bütün səhvləri bağışlayıb, yalnız bir səhvi bağışlamayıb. Bağışlamadığı yeganə şey xəyanət olub. Əli İnsanov Heydər Əliyevə xəyanət edib. Heydər Əliyevin ruhuna xəyanət edib. Ona görə hesab edirəm ki, cənab Prezident çox böyük, müdrik bir addım atıb və Əli İnsanovu öz-özü ilə mübarizəyə buraxıb. İndi biz iki Əli İnsanov görürük. Heydər Əliyevçi Əli İnsanov və xəyanətkar Əli İnsanov. Düşünürəm ki, Əli İnsanovun yerinə başqa bir insan olsaydı, boğazındakı kəfəni çatı edib, özünü asardı. Amma o bu günə kimi onu etməyib. Hesab edirəm ki, Əli İnsanov artıq özünü ifşa etmiş insandır”.
 

Report//
 



OXŞAR XƏBƏRLƏR

Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə GÖRÜŞDÜ - FOTO/VİDEO

Quru Qoşunlarının qərargahında Aprelin 20-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.   Bu barədə ...

Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ ETDİ

Ermənistanın və bir sıra digər xarici ölkələrin media resurslarında Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı hərbi məqsədlərlə istifadə edilməsi haqqında mən...

TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı AÇIQLAMA: "Həkiməqədər..."

"Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub".  ...

Rusiya kvotanı artırdı – Daha çox taxıl ixrac ediləcək

Rusiya hökuməti taxıl məhsullarının ixracı üçün müəyyənləşdirdiyi kvotanı artırıb.  Sfera.az xəbər verir ki, bununla bağlı qərarı Nazirlər Kabineti qə...

“Anlamaq olmur ki, Qərb nə istəyir? ” – VİDEO

“Əslində Rusiya sülhməramlıların Qarabağa gəlişi də, gedişi də dünyada diskusiyalara səbəb olmuşdu. Burada qeyri-adi heç nə yoxdur. Çünki burada söz sahib...

Cavanşir Məmmədov VƏFAT ETDİ

Əməkdar artist Cavanşir Məmmədov dünyasını dəyişib.   Sfera.az-ın  Axşam.az-a istinadən məlumatına görə, müğənni bu gün 70 yaşında qəfil ür...