No Image
No Image

Çin XİN ABŞ Dövlət katibini təlxək adlandırdı

Çin XİN ABŞ Dövlət katibini təlxək adlandırdı
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunyin ABŞ Dövlət katibi Mayk Pompeonu təlxək, onun Sincan Uyğur Muxtar Vilayətindəki uyğur soyqırımı ilə bağlı açıqlamasını isə əsrin yalanı adlandırıb.

Sfera.az xəbər verir ki, bir müddət əvvəl ABŞ Dövlət katibi Sincan Uyğur Muxtar Vilayətindəki vəziyyətlə əlaqədar olaraq, Çini "soyqırım” və insanlığa qarşı cinayətlər törətməkdə günahlandırmışdı.

"New York Times” qəzetinin yazdığına görə, Tramp hökumətinin Çinin hərəkətlərinə verdiyi sərt reaksiyalar Bayden kabineti tərəfindən Pekinə qarşı sanksiyaların genişlənməsinə səbəb ola bilər.

"Son bir neçə ildə Pompeo həddindən çox yalanlar danışıb. Onun dedikləri cəfəngiyatdır. Pampeo özünü bir kluon kimi aparıb və bütün dünyanın gülüş hədəfinə çevrilib”, - deyə Hua Çunyin bildirib.

Qeyd edək ki, son illərdə ABŞ Çini sanksiyalarla təhdid edərək, uyğurlara və digər müsəlman qruplara zülm etməkdə, Tibet də daxil olmaqla, müxtəlif bölgələrdə insan haqlarını pozmaqda günahlandırır, Honkonqun müdafiəsi layihəsinin isə əslində ərazi vahidinin yüksək muxtariyyət statusunu ortadan qaldırmaq məqsədi daşıdığını iddia edirdi. Çin səlahiyyətliləri bütün ittihamları və tənqidləri rədd edərək, ABŞ-ı ölkənin daxili işlərinə qarışmamağa çağırırdılar.

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Belarusla hərbi əməkdaşlıq müzakirə olundu

Martın 1-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Belarusun ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkov i...

Prezident mətbuat konfransında bir çox aktual məsələlərə aydınlıq gətirdi

Prezident İlham Əliyevin beynəlxalq media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı Azərbaycan həqiqətləri, regionda yaranmış yeni reallıqlar və bölgənin g...

Mikayıl Cabbarovdan açıqlama: “Bu sənəd davamlı inkişaf məqsədlərini əks etdirir"

"Bu sənədin imzalanması həmkar qurumların, İqtisadiyyat Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatı ailəsinə daxil olan təşkilatların birgə fəaliyyətin nəticə...

Nazir BMT ilə yeni əməkdaşlıq sənədini imzaladı

Bu gün BMT və Azərbaycan arasında "2021-2025-ci illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi” imzalanıb. Sfera.az xəbər verir ki, Azə...

Ceyhun Bayramov Özbəkistan səfiri ilə görüşdü - FOTO

Martın 1-də xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanovu qəbul edib. Xarici İşlər Nazi...

Prezidentin mətbuat konfransı - TAM VİDEO

26 fevral 2021-ci ildə Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirib. Konfransın tam orijinal versiyasına pres...