Çin uyğur türklərinə zülm edir: Pekinə niyə təzyiq edilmir?
11:38 / 19.10.2021
674
"Çində
alternativ fikrə və tənqidə yer yoxdur. Tənqidçilər ya həbs olunur, ya "əmək
düşərgələrinə” göndərilir, ya da ölkəni tərk etmək məcburiyyətində qalırlar”.
Sfera.az
xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Politoloqun
sözlərinə görə, Çində koronavirusa ilk yoluxanlar qeydə alınanda Pekin əvvəlcə
bu xəstəliyi və fəsadlarını gizlətməyə çalışdı:
"Ancaq
xəstəliyin miqyası artıqca, Pekin bu haqda xəbəri beynəlxalq aləmə yaymaq məcburiyyətində
qaldı. Ancaq artıq zaman əldən verilmişdi. Çünki səhiyyə üzrə ekspertlərin bir
qismi ində də o fikirdədir ki, Pekin xəstəlik və onun miqyası barədə məlumatları
zamanında beynəlxalq aləmlə bölüşsəydi, koronavirusun dünyaya yayılmasının
qarşısını almaq olardı.
Politoloqun
sözlərinə görə, Pekinin uyğur siyasəti də eynidir:
"Çinin
hakimiyyət strukturları uyğurlar problemləri olmadığını iddia edir. Ancaq soruşanda
ki, "bəs onda uyğurlar niyə zorla əmək düşərgələrində saxlanılır?” cavab
eynidir: "Uyğurlar özləri əmək düşərgələrində çalışmaq istəyirlər”. Heç bir
insan zorla düşərgədə, özü də pulsuz çalışmaq istəməz. Bunun yalan olduğunu
hamı bilir. Buna baxmayaraq, Pekin "əmək düşərgələri” siyasətindən imtina
etmir. Vəziyyət o dərəcə dözülməz həddə çatıb ki, hətta uyğurlara əziyyət verənlərin
bir qismi də daxilən əzab çəkməyə başlayıblar.
Çin
polisinin yüksək rütbəli zabiti Avropa ölkələrindən birində sığınacaq taparaq "əmək
düşərgələrində” əsl vəziyyət barədə dünyaya çar çəkib. ABŞ-ın məşhur CNN
televiziya kanalı həmin zabitdən müsahibə alıb. Zabit deyib ki, Çinin hakimiyyət
strukturları məlumat toplamaq məqsədilə həbsdə olan uyğurlara işgəncə verirlər:
"Uyğurlara qarşı işkəncədə elektirkdən istifadə edirlər, qrup şəklində bir-birlərini
zorlamaya məcbur edirlər. Bizə əmr verilirdi ki, uyğurları bir-birinə
bağlayaraq onların bədənlərindən elektrik keçirək. Bundan başqa uyğurları
ayaqlarından asırdıq, başlarını suya salırdıq, dəmir zəncirlərlə döyürdük.
Bunun nəticəsində uyğurlar ərzaq qəbul edə bilmir, yuxu hisslərini itirirdilər”.
Uyğurlara
verilən işgəncə barədə keçmiş illərdə də məlumatlar var idi. Ancaq bu dəfə
faktları, işgəncəni bilavasitə həyata keçirən zabit açıqlayıb. Çinin hakimiyyət
strukturları əllərində onu bayraq ediblər ki, uyğurlar içərisində radikallar
var və onlara terror meyllidirlər. Əlbəttə uyğurlar içərisində terrora meyllilər
var, ancaq onlar böyük bir xalqı təmsil etmirlər. "Əmək düşərgələrində” çürüdülənlərin
terrorçularla əlaqəsi yoxdur, onların günahı sadəcə uyğur olmalarında və
haqlarını tələb etmələrindədir”.