Çin Türkiyə və Kipri barışığa çağırdı

Çin Türkiyə və Kipri barışığa çağırdı

Çin Türkiyə və Kipri vəziyyətin gərginləşməməsi üçün Aralıq dənizində qazma işlər məsələsində təmkinliyə və dialoqa çağırıb.

 

Bunu brifinqdə Çin Xalq Respublikası XİN-in rəsmi nümayəndəsi Qen Şuan deyib

 

"Biz Aralıq dənizinin şərq hissəsində baş verənləri böyük diqqətlə izləyirik. Çin Türkiyə və Kiprlə dostluq münasibətindədir. Hər iki tərəfi aradakı ziddiyyəti nizamlamaq və vəziyyətin gərginləməsinin qarşısını almaq məqsədi ilə təmkinli olmağa, dialoq və məsləhətləşmələr aparmağa çağırırıq”,-deyə diplomat bildirib.

 

Azvision.az xatırladır ki, Avropa İttifaqı Türkiyəyə Kipr sahilləri yaxınlığında geoloji kəşfiyyat apardığına görə sanskiyalar tətbiq etmək niyyətindədir.

 

Bu məqsədlə 2020-ci ildə Türkiyəyə yardımı azaltmaq, Avropa İnvestisiya Bankını bu ölkəyə dair fəaliyyətini dəyişdirməyə çağırmaq kimi tədbirlər nəzərdə tutulur.

 

Türkiyə tərəfi isə bildirib ki, Aİ-nin qərarına baxmayaraq, karbohidrogen hasilatına davam edəcək.


OXŞAR XƏBƏRLƏR