Çin Rusiya ilə ABŞ-ı qabaqlayır-yaxın və orta mənzilli raketlər məsələsində

Çin Rusiya ilə ABŞ-ı qabaqlayır-yaxın və orta mənzilli raketlər məsələsində
"Rusiya ilə ABŞ arasında yenidən başlanan  sürətlə silahlanma yarışı forma etibarı ilə dəyişib”

Sfera.az-a açıqlamasında bu sözləri ABŞ-ın ardınca Rusiyanın da yaxın və orta mənzilli raketlərlə bağlı vaxtilə imzalanan müqavilədən çıxması ilə bağlı Moskvadan verilən mesajlara münasibət bildirərkən politoloq İlqar Vəlizadə deyib. 
 
Hətta politoloq yaxın və orta mənzilli raketlərlə bağlı mübarizədə Çinin Rusiya və ABŞ-ı arxada qoyduğunu düşünür: 
 
"Soyuq müharibə onsuz da xeyli əvvəldən başlayıb. Belə ki, onsuz da ABŞ-la Rusiya orta və yaxın mənzilli raketlərlə bağlı bağlanan müqaviləni çoxdan pozmağa başlayıblar. Yaranmış vəziyyət onu göstərir ki, hətta mövcud müqavilənin olması, burada göstərilən şərtlər də ona əməl edilməsi sahəsində heç bir rol oynamır. Əvvəlki illərdə isə heç olmasa bu istiqamətdə müqavilənin mövcudluğu müəyyən dərəcədə tərəfləri ikitərəfli münasibətlərdə yenidən sürətlə silahlanmaqdan çəkindirən siyasi amil rolunda çıxış edə bilirdi. İndi bu amilə də tərəflər heç bir əhəmiyyət vermir”. 
 
İ. Vəlizadə onu da qeyd etdi ki, hazırda sürətlə silahlanmaya digər ölkələr də qoşulub və onların da başında Çin gəlir:
"İndiki vəziyyətdə sürətlə silahlanmaya təkcə ABŞ və Rusiya deyil digər ölkələr də qoşulub. Çin, Hindistan, Pakistan, İsrail, İran, Şimali Koreya da sürətlə yaxın və orta mənzilli raket istehsalı ilə məşğuldur. Deyilənə görə, Çin həmin raketlərin sayı baxımından hətta Rusiya və ABŞ-ı da geridə qoymağa başlayıb. Nəticədə görünən odur ki, yaxın və orta mənzilli raketlərlə bağlı bağlanan saziş artıq çoxdan öz əhəmiyyətini itirib. Hər halda Rusiya ilə ABŞ arasında sözügedən silahlanma yarışı forma etibarı ilə dəyişib”. 
Politoloq onu da əlavə etdi ki, hazırkı dönəmdə silahlanma yarışına keyfiyyət və texnologiya baxımından xüsusi əhəmiyyət verməyə başlayıblar: 
 
"Soyuq müharibə dövründə silahlanmada kəmiyyət, raketlərin say məsələsi böyük rol oynadığı halda, indi keyfiyyət və  texnologiya amilinə daha çox üstünlük verilir. Tərəflər çalışırlar ki, say etibarı ilə deyil, texnoloji üstünlüklə mübarizədən qalib çıxsınlar. Rusiyanın sürətlə silahlanma yarışına tab gətirməsi məsələsinə gəldikdə, ən yaxın tarix göstərir ki, sanksiyalarla üzləşən İran və Şimali Koreya belə buna baxmayaraq silah arsenalını artırmaqda davam edirlər. Bu da ondan irəli gəlir ki, texnologiyalar ucuzlaşdığından onu tətbiq etmək daha asan olur. Bu da onu göstərir ki, Rusiya kimi ölkələr sanksiyalara rəğmən öz silahlanma niyyətlərindən əl çəkməyəcək. Ona görə də sürətlə silahlanmanın sovet rejiminin çökməsində mühüm rol oynamasına baxmayaraq, Rusiya barədə bunu demək hələlik tezdir. Soyuq müharibə dğvrü təxminən 40 il davam etdi. Növbəti soyuq müharibə isə təzə başlayıb. 
Həmin səbəbdən yaxın on illərdə Rusiyanın da SSRİ-nin aqibətini yaşayacağını gözləmək düzgün olmazdı. Düşünürəm ki, başlanan silahlanma yarışı müəyyən nöqtəyə qədər gedəcək. Sonra da yeni bir müqavilə məsələsi gündəmə gələcək və bu müstəvidə ola bilər tərəflər ortaq məxrəcə meyllənsin”.
 
Qeyd edək ki, artıq Rusiya prezidenti Vladimir Putin də yaxın və orta mənzilli raketlərin ləğvilə bağlı ABŞ-la vaxtilə bağlanan müqavilədən çıxdığını bəyan edib. Bir müddət əvvəl isə ABŞ bu istiqamətdə addım atmışdı. Bir sözlə, yaranmış vəziyyət ondan xəbər verir ki, planetimiz yenidən sürətlə silahlanma dövrünə qədəm qoyur. Bu isə bəşəriyyətin yenidən daha ciddi təhlükələrlə üz-üzə qalacağını göstərir. Hətta bu dəfə sürətlə silahlanmaya iki deyil, daha çox dövlət qoşula bilər. 
 
ELÇİN

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...