Çin \"Rusiya əsilli” koronavirusun yayılması ilə bağlı məlumat yaydı: 185 nəfər...

Çin \
Çin hakimiyyəti Nankin şəhərində müşahidə edilən koronavirus infeksiyasının yerli hava limanında bir xadimənin yoluxması ilə başladığını söyləyib. 
 
Sfera.az-ın məlumatına görə bu haqda TASS xəbər yayıb.

"Çox güman ki, şəhərdə yayılan virus "əslən” Rusiyadandır. Hava limanında çalışan xadimənin yoluxduğu CA910 Air China aviaşirkətinin Moskvadan Çinə uçan təyyarəsində sanitar təmizləmə işləri aparılandan sonra məlum olub", - deyə bildirilir. 

Çin hakimiyyətinin fikrincə, xadimə təmizlik işləri gördükdən sonra fərdi dezinfeksiya qaydalarını pozub, bu da digər işçilərin yoluxmasına səbəb olub.

Qeyd edək ki, iyulun 20-də  Nankində koronavirus infeksiyasının yayılması barədə məlumat açıqlanıb. Belə ki, şəhərin Lukou Beynəlxalq Hava Limanının bir neçə əməkdaşının koronavirus infeksiyasına yoluxduğu aşkarlanıb. Bundan sonra yerli hakimiyyətin təkidi ilə 9 milyonluq şəhər əhalisinin hamısı  polimeraz zəncirvari reaksiya (PCR) testindən keçməli olub. Son məlumatlara görə, Nankində yoluxmuş insanların sayı 185 nəfərdir.

Selcan
Sfera.az


OXŞAR XƏBƏRLƏR