Çin mediası Prezidentin mətbuat konfransından YAZDI

Çin mediası Prezidentin mətbuat konfransından YAZDI
Çinin milli xəbər agentliyi Sinxua, Çin Mərkəzi Televiziyası və digər media orqanları Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 26-da yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında vaksin mövzusundakı fikirlərinə geniş yer veriblər.

Sfera.az xəbər verir ki,  Prezident İlham Əliyevin bəzi ölkələrin qeyri-səmimi davranışlarının COVID-19 virusuna qarşı peyvəndlərin dünyada ədalətsiz bölgüsünə gətirib çıxarması, COVAX təşəbbüsü üzrə vaksin paylanmasındakı gecikmələr, istehsalçı və distribüter şirkətlərin sifarişçilər qarşısındakı öhdəliklərini yerinə yetirməməsi barədə dediyi sözlər Çin KİV-lərinin xəbərlərində əksini tapıb.

Çin mediası dövlətimizin başçısının bu bəlaya qarşı birgə mübarizə barədə həmrəylik bəyanatlarına baxmayaraq, praktikada tamamilə əks vəziyyət göründüyü, bəzi ölkələrin onlara lazım olandan 3-4 dəfə çox vaksin alması fikrini vurğulayaraq, digərlərinin vaksinsiz qala biləcəyini yazır.

"Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının vaksinlərin bölgüsü üzrə COVAX təşəbbüsünə lap əvvəldən qoşulub. Bu təşəbbüs üzrə Azərbaycanın almalı olduğu "AstraZeneca”, "Pfizer” və "Moderna” peyvəndləri hələ də ölkəyə daxil olmayıb”, - deyə Çin mediası yazır.

Çin KİV-ləri Azərbaycan Prezidentinin mətbuat konfransında çinli tərəfdaşların vaksin təchizatına dair öhdəliklərini yerinə yetirməsi barədə xoş sözlərinə də yer veriblər.

Qeyd olunub ki, Azərbaycanda COVID-19 infeksiyasına qarşı vaksinasiya yanvarın 18-də başlayıb. Vaksinasiya prosesində Çinin "Sinovac” şirkətinin "CoronaVac” peyvəndindən istifadə olunur.

OXŞAR XƏBƏRLƏR

ABB-nin ATM-lərində YENİLİK!

Ölkəmizin ən böyük xidmət şəbəkəsinə malik banklarından olan ABB öz ATM-lərində yeni proqram təminatının tətbiqinə başlayıb. Bu yenilik ATM-lər vasitəsilə bank ...

"Ermənilərə həmişə türk kömək edib, sülh müqaviləsi bağlanacaq" - Deputat

“2023-cü il dövlət səviyyəsində Heydər Əliyev ili idi. Dünən Moskvada dövlət başçılarının görüşündə Baykal-Amur magistralında rolundan danışıldı, bu da He...

Sosial yardımlar nə vaxt veriləcək? - RƏSMİ AÇIQLAMA

Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprelin 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. ...

Siyavuş Novruzov Əli Kərimlini debata ÇAĞIRDI: "Tiktokerlik etməkdənsə, gəlsin..."

“Azərbaycanın atdığı hər addım beynəlxalq hüquq standartlarına uyğundur”.    Sfera.az xəbər verir ki, bunu Milli Məclisin ...

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini TƏMİN ETMƏDİ

Bakı Apellyasiya Məhkəməsi Əvəz Zeynallının şikayətini təmin etməyib.   Sfera.az xəbər verir ki, bu barədə “Report”a onun həyat yold...

Ziya Hacılıya yeni VƏZİFƏ VERİLDİ - FOTO

Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası prezidentinin müşaviri vəzifəsinə yeni təyinat olub.   Sfera.az xəbər verir ki...