Çin martın 25-də Hubeydə karantini ləğv edəcək
11:16 / 24.03.2020
6533
Çin hakimiyyəti martın 25-də Hubey əyalətinə giriş və çıxış məhdudiyyətlərini aradan qaldıracaq.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, əyalətin inzibati mərkəzi sayılan Uhanda isə məhdudiyyətlər aprelin 8-də aradan qaldırılacaq.
Bu qərar bölgədəki epidemioloji vəziyyətin yaxşılaşdırılması fonunda verilib.
Qeyd edək ki, Uhan və Hubey əyalətində karantin cari ilin yanvarın 23-dən qüvvədə idi.