Çin lideri ilə Baydenin görüşü düşmənçiliyə son qoyacaq? – Politoloqdan açıqlama

Çin lideri ilə Baydenin görüşü düşmənçiliyə son qoyacaq? – Politoloqdan açıqlama
"Çin lideri ABŞ-ı inandırmağa çalışıb ki, aradakı gərginlik dünya dövlətlərinin fundamental maraqlarına cavab vermir­­­­­­­".

Sfera.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Eksper Çin lideri ilə ABŞ prezidenti arasında müxtəlif məsələlərin müzakirə olunduğunu deyib:
 
"Çin lideri iki dövlət arasında əməkdaşlığın keçmiş illərdəki axarına qaytarılmasının sülhə xidmət edəcəyini və hər iki dövlətə fayda gətirəcəyini vurğulayıb. Baydenin bu çağırışlara necə cavab verdiyi barədə səhih məlumat yoxdur. Ancaq liderlər söhbətin sonunda daimi təmasların davam etdirilməsinin vacib olduğunu söyləyiblər.

Bir qrup ekspert iki dövlət arasında müxtəlif məsələrlə bağlı ciddi fikir ayrılıqlarının olduqlarını vurğulasalar da, bəzi sahələrdə əməkdaşlıq üçün zəminin varlığını göstəriblər. Misal üçün, Çinlə ABŞ iqlim dəyişiklikləri, pandemiyaya qarşı mübarizə, o cümlədən, beynəlxalq və regional məsələlərdə ortaq məxrəcə gələ bilərlər. Ancaq fərqli düşünənlərin sayı daha çoxdur. Misal üçün, Çin lideri Baydenlə əməkdaşlığın vacibliyindən danışarkən Pekinin ABŞ-a göndərdiyi yeni səfir Vaşinqtonda çalışacağı ölkənin ünvanına təhqiramiz fikir söyləyib.

Çinin ABŞ-dakı yeni səfiri Tsin Qanın onlayn toplantıların birində verilən suala cavabı belə olub: "Münasibətlərin korlanmasına görə Vaşinqton məsuliyyət daşıyır. Dialoq vasitəsilə problemləri həll etmək lazımdır. Yox, əgər dialoq yoluyla problemlər həll olunmursa ABŞ administrasiyasının ağzını yumması lazımdır”.

Politoloq Çinin ABŞ-ı təhqir etməsi səbəbilə münasibətlərin normala dönməyəcəyini bildirib:

"Tsin Qan ölkəsinin Amerikada sayca 11-ci səfiridir. Səfirin təhqiramiz cümləsi onu göstərir ki, iki ölkə arasında münasibətlərin normallaşması gözlənilmir. İki dövlətin fərqli baxışları və fərqli maraqları var. Doğrudur, yaxın keçmişdə iki ölkə arasında normal münasibətlər mövcud olub. Vaşinqton "soyuq müharibə” illərində iki böyük güclə - SSRİ və Çinlə eyni zamanda mübarizə aparmaq istəmirdi.  Ancaq SSRİ-nin dağılmasıyla durum dəyişdi. Çin SSRİ-nin yerini tutmağa çalışdı, hərbi gücünü artırdı və ətraf ölkələrə əzələ nümayişinə başladı. Belə vəziyyətdə Amerika Çinə yönəlik siyasətini dəyişmək məcburiyyətində qaldı. Amerikada prezidentlərin dəyişməsiylə Pekinə münasibətin müsbətə doğru dəyişəcəyini gözləmək əbəsdir. Çünki Çin Amerika üçün təhlükəsizlik təhdidinə çevrilib".
 
Əzizə Zeynal
Sfera.az
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Putin-Ərdoğan görüşündən asılı İran siyasəti: ya böyük savaş, ya böyük barış!

"Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında bağlı qapılar arxasında keçiriləcək növbəti görüşün tarixi və yeri açıqla...

GUAM, yoxsa Batumi bəyannaməsi?

Xarici işlər naziri Ceyhun Bayramov BMT sessiyası çərçivəsində Nyu-Yorkda GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) Xarici İşlər Nazirləri Şurasının 37...

“Ərdoğan Azərbaycanı narahat edən məsələləri Putinin diqqətinə çatdıracaq…” - Şərh

"Rusiya və Türkiyə arasında illərdir, tərəfdaşlıq münasibətləri var. Tərəflər hər il bir neçə dəfə görüşür və iki ölkəni maraqlandıran ortaq, eyni zamanda üst...

Ərdoğan Putinlə Azərbaycanda türk bazasını da müzakirə edəcək

Əgər cənab Rəcəb Tayyib Ərdoğan Azərbaycanda Türkiyə hərbi bazasının yaradılmasını Azərbaycan və Türkiyə tərəfinin Putinlə həyata keçirəcəyi görüşlərin fərqli ş...

“Kağızı veriblər əlinə, bu da hıqqına-hıqqına...” – Politoloqdan Həsən Amiliyə tarix dərsi

"Həsən Amili İran İslam Respublikası adlanan ölkənin ali dini rəhbərinin Ərdəbil ostanındakı nümayəndəsidir. Fars-molla rejimi Azərbaycan Respublikasına yönəl...

“İrandan ehtiyat edənlər unudur ki...” – Abdullah Ağar

"İranın Azərbaycanla sərhəddə hərbi təlimlərə start verməsi bu ölkənin bir müddət öncə Azərbaycan, Türkiyə və Pakistan Respublikalarının iştirakı ilə Bakıda k...