İmtahanlarla bağlı RƏSMİ AÇIQLAMA

İmtahanlarla bağlı RƏSMİ AÇIQLAMA
 

Dövlət İmtahan Mərkəzi (DİM) əməkdaşlarına sosial təcrid üçün əlverişli şərait yaratmaqla fəaliyyətini məsafədən təşkil edir.

Sfera.az-a Mərkəzdən bildirilib ki, hazırda rəhbərlik və struktur bölmələr arasında məsləhətləşmələr məsafədən ünsiyyət üçün nəzərdə tutulmuş müəyyən proqramlar vasitəsilə onlayn qaydada keçirilir.

Vətəndaşların qəbulu müvəqqəti dayandırılsa da, onların müraciətləri 1653 Çağrı Mərkəzi, elektron poçt, sosial şəbəkə hesabları, həmçinin DİM-in regional bölmələri üzrə telefon vasitəsilə cavablandırılır. Vətəndaşlar Mərkəzin [email protected] elektron poçt ünvanına da yaza, həmçinin məlumat almaq üçün DİM-in saytı (dim.gov.az) və sosial şəbəkələrdəki ("Facebook”, "Instagram”, "Twitter” "Telegram”) hesablarını izləyə bilərlər.

Dövlət İmtahan Mərkəzinin "Youtube” kanalına "vizuallaşdırılmış dərs"lərin yerləşdirilməsi də davam edir. Yeni dərslər hazır olduqca müvafiq bölmələrə əlavə edilir. Son 20 gün ərzində kanala yerləşdirilmiş dərslərə baxış sayı 100 mindən artıq olub.

Otk.az portalı vasitəsilə abituriyentlər ödənişsiz onlayn sınaq imtahanları imkanından istifadə edirlər. Aprelin 29-dan etibarən portalda aktiv edilmiş 40-dan artıq ödənişsiz imtahan növü üzrə 12239 istifadəçi tərəfindən 23820 yazılış qeydə alınıb (bəzi istifadəçilər bir neçə imtahana yazılıb).

DİM nəşrlərinin onlayn sifariş əsasında poçt xidməti vasitəsilə sifarişçilərin ünvanına çatdırılması işi davam etdirilir.

2020-ci il martın 1-də Bakı, Şirvan və Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrinin 9-cu sinfində təhsil alan şagirdlər üçün keçirilmiş buraxılış imtahanının birinci mərhələsinin nəticələrinin xüsusi proqram vasitəsilə onlayn yoxlanılma prosesi də davam edir. İmtahan nəticələrinin yaxın 10 gün ərzində elan olunması nəzərdə tutulur.

Təhsil Nazirliyinin sifarişinə əsasən ümumtəhsil müəssisələrinin I, V və IX sinifləri üzrə növbəti tədris ili üçün nəzərdə tutulan dərslik komplektlərinin (dərslik və müəllim üçün metodik vəsait) nəşrəqədərki layihələrinin elektron variantları ekspert qruplarına göndərilib və onların onlayn qaydada elmi-metodiki monitorinqinə də başlanılıb. Monitorinq nəticəsində hər bir dərslik komplekti üzrə məzmunun işlənməsi, dil və yazı üslubu, dizayn və bədii tərtibat, tapşırıqların elmi-metodiki uyğunluğu və müəllim üçün metodik vəsaitin məzmununun işlənməsi baxımından yekun rəylər hazırlanacaq.

Məlumatda vurğulanıb ki, təxirə salınan imtahanlar, ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun vaxtı, eləcə də digər tədbirlərin qrafiki Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun olaraq müəyyən ediləcək və bu barədə ictimaiyyətə məlumat veriləcəkdir.


OXŞAR XƏBƏRLƏR

Polis paytaxtda ƏMƏLİYYAT KEÇİRDİ: Saxlanılanlar var - FOTO

Paytaxtda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. ...

Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə BİLƏCƏKLƏR

“Böyük Qayıdış” proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndiri...

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan VERƏCƏK

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək. &...

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq EDƏCƏK

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi ilə Qırğız Respublikasının Əmək, Sosial Təminat və Miqrasiya Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb. &...

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri TƏYİN EDİLDİ

"Azərbaycan Dəmir Yolları" QSC artan sərnişin tələbatını nəzərə alaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.   Sfera.az...

“TikTok” ABŞ hökumətinə qarşı hüquqi mübarizəyə başlayır

“TikTok” ABŞ-dəki qadağa qanununa qarşı mübarizə aparacaq.   Sfera.az xəbər verir ki, “TikTok”un baş direktoru Şou Zi Çev söz...