İmtahan zamanı bu tələbələrə güzəşt edilə bilər - AÇIQLAMA
15:02 / 04.01.2022
1969
"Koronavirusa
yoluxan tələbələr qış imtahan sessiyasında onlayn qaydada imtahan verməlidir".
Bunu
Sfera.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. Ekspert
koronavirusa yoluxan tələbələrin qayıblarının silinməli olunduğunu da diqqətə
çatdırıb:
"Əyani
tədris bərpa edildikdən sonra ortaya bir neçə ciddi problemin çıxması gözlənilirdi.
Bunların arasında ən ciddi problem yoluxma müşahidə edildiyi qrupların distant
rejimə keçməsi ilə bağlı idi. Bu zaman təbii ki, bəzi hallarda onllayn təhsili
təşkil etmək mümkün olmurdu, çünki dərsi aparan müəllim bir saat sonra başqa
bir qrupda əyani dərsdə iştirak etməli olurdu. Məlum olduğu kimi hazırda
pandemiya davam edir və yoluxan şəxslərin arasında tələbələr də var. Bu səbəblə
bəzi tələbələr dərslərdə iştirak edə bilmədilər. Çox təəssüf ki, birinci
problem koronavirusa yoluxan tələbələrin dərsdə iştirak edə bilməməsinin üzrlü
olaraq qeydə alınmaması ilə bağlı idi. İkinci məsələ isə tələbələrin biliklərinin
qiymətləndirilməsi ilə bağlıdır. Hazırda imtahan sessiyasıdır və koronavirusa
yoluxan tələbələrin imtahanlarda iştirakı məhduslaşdırılır. Lakin nəzərə alsaq
ki, karantin müddəti 14 gündür, bu, artıq semestr imtahanlarının bir neçəsində
tələbənin iştirak etməməsi ilə nəticələnəcək. Bu problemin aradan qaldırılması
üçün koronavirusa yoluxmuş və yoluxmanın rəsmi qeydə alınmış şəxslərin onlayn
imtahanlarda iştirakı təşkil edilməlidir".
Ekspert
koronavirusa yoluxaraq dərslərə qoşula bilməyən tələbələrin bəzi mövzuları mənimsəmədiyini
və bunun qiymətləndirmə zamanı nəzərə alınmalı olduğunu deyib:
Əzizə
Zeynal