İmran Xan ABŞ-ı "Taliban"ın hakimiyyətini tanımağa çağırdı

İmran Xan ABŞ-ı
"ABŞ-ın sabitliyi dəstəkləməyə səy göstərmək üçün Əfqanıstandakı hökuməti tanımaqdan başqa yolu yoxdur”.

Sfera.az  xəbər verir ki, bunu Pakistanın Baş naziri İmran Xan "Middle East”ə müsahibəsində bildirib.

"Dünya Əfqanıstanla əməkdaşlıq etməlidir. Əgər "Taliban” sıxışdırılsa, o halda onun daxilindən ekstremistlər çıxa bilər. Bu da tamamilə mümkündür. Onlar "Taliban”ı 2000-ci ilə qaytarsalar, bu, faciə olacaq”, - o vurğulayıb.

İ.Xan bildirib ki, Əfqanıstan əhalisinin yarısı yoxsulluqdan da aşağı şəraitdə yaşayır: "Onun dövlət büdcəsinin 75 faizi xarici yardımların hesabına formalaşır. "Taliban”a qarşı embarqonun tətbiqi humanitar fəlakətə səbəb ola bilər”.

Qeyd edək ki, "Taliban” ABŞ-ın sanksiya tətbiq etdiyi təşkilatlar siyahısındadır. Bu isə onlara ABŞ banklarındakı 10 milyard dollardan istifadəyə imkan vermir.

"Beynəlxalq ictimaiyyət Əfqanıstanı elə tərk edər ki, bu, ölkəni 1989-cu ilə qaytarar. Onda SSRİ və ABŞ Əfqanıstanda xaos yarandı. 200 000 əfqanıstanlı bu xaos nəticəsində öldü”, - İ.Xan bildirib.

Pakistanın Baş naziri "Taliban”ın qurduğu müvəqqəti hökumətdən də danışıb: "Onlar düzgün çıxış ediblər. Başqa yolları da yoxdur. "Taliban”a vaxt vermək lazımdır. Ən yaxşısı onların yanında olub öhdəlikləri yerinə yetirməsini tələb etməkdir”.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Kraliça II Yelizaveta "İlin yaşlısı" mükafatını geri çevirdi

Böyük Britaniya kraliçası II Yelizaveta ona təqdim edilən mükafatı qəbul etməyib.   Sfera.az bildirir "The Oldie” jurnalının hər il təqdim etdiyi "İlin y...

Bu gün Avropa İttifaqı liderlərinin növbəti zirvə görüşü başlayır

Bu gün Avropa İttifaqı liderlərinin növbəti zirvə görüşü başlayır. Sfera.az  xəbər verir ki, toplantıya 27 ölkənin dövlət və hökumət başçıları qatıla...

ABŞ-ın Suriyadakı bazasına raket hücumu edildi

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın Suriyanın Ət-Tanf şəhərində yerləşən bazasına raket hücumları olub.   Sfera.az bildirir ki, hadisə ötən g...

NATO müdafiə nazirləri Rusiyanı müzakirə edəcəklər

NATO müdafiə nazirləri 21-22 oktyabr tarixlərində keçiriləcək görüşdə hipersəsli raketlər də daxil olmaqla Rusiyanın raket və nüvə potensialının imkanlarını qiy...

Türkiyə ilə münasibətlərimizin korlamasına icazə verməyəcəyik - İran

"Sui-qəsdçilərin İranla Türkiyə arasındakı münasibətlərə problemlər yaratmasına icazə verməyəcəyik”.    Sfera.az xəbər verir ki, bunu İranın da...

Putinin illik mətbuat konfransının vaxtı AÇIQLANDI

Rusiya Prezidenti Vladimir Putinin dekabr ayında illik mətbuat konfransı keçiriləcək. Sfera.az  "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə d...