No Image
No Image

İmmuniteti zəiflədən amillər

İmmuniteti zəiflədən amillər
 Dünya koronovirusun cənginə keçib. İndi insanlar sağlamlıqlarını qorumaq üçün müxtəlif üsullardan istifadə edirlər. Orqanizmin güclü immun sistemi insanın mikroblara, viruslara, xəstəliklərə yoluxmasında qoruyucu funksiya daşıyır. Buna görə də immun sistemin normal səviyyədə olması sağlamlıq üçün ən vacib şərtlərdəndir. Ancaq bəzi amillər var ki, onlar immunitetin zəifləməsinə səbəb olur. Bu amillər hansılardır?

Sfera.az modern.az-a istinadla immun sistemini zəiflədən amilləri diqqətinizə çatdırır:

1. Əgər orta yaşlı insanın gecə yuxusu səkkiz saatdan az olarsa, onların infeksiyalara yoluxma riski daha çoxdur. Yuxusuzluq orqanizmin immun sisteminə kifayət qədər mənfi təsir göstərən amillərdən biridir.

2. İmmunitetin zəifləməsinə şərait yaradan amillərdən biri hərəkətsizlikdir. Oturaq həyat tərzi immun sisteminə zərbə vurur. Bunun qarşısını almaq üçün gün ərzində heç olmasa yarım saat piyada gəzməyə vaxt ayırmaq lazımdır. Gündəlik idmanla məşğul olmaq isə daha faydalı olar.

3. Şəkərdən çox miqdarda istifadə etmək immun hüceyrələrini zəiflədir. Buna görə də şəkər və şəkər tozundan istifadə edərkən qədərinə diqqət yetirmək vacibdir. Immun sisteminizin öz funksiyalarının öhdəsindən lazımınca gəlməsini istəyirsinizsə C, E, beta-karotin və sink ilə zəngin olan qida məhsullarına üstünlük vermək məsləhətdir.

4. Stress, gərginlik, əsəbilik artıq həyatımızın tərkib hissəsinə çevrilib. Ancaq bunlar uzun müddət davam edərsə immunitetimiz üçün problemlər yaradar. Stress hormonları immun sistemini dağıdıcı xassəyə malikdir. Bunu nəzərə alaraq stressdən yaxa qurtarmağın yollarını axtarmaq lazımdır.

5. İnsanlarla ünsiyyətdə olmaq, xoş münasibətlər yaratmaq, dostlarla bölüşmək immun sisteminə müsbət təsir göstərir. Tədqiqatlar sübut edir ki, özünə qapanmaq, tənhalıq, qaraqabaqlıq immunitetin zəifləməsinə səbəb olur.

6. İmmun sistemə sözün əsl mənasında zərbə vuran amillərin siyahısında birinci yerdə duranlar siqaret və spirtli içkilərdir. Bu vərdişlər təkcə immun sisteminə deyil, bütün orqanizmə mənfi təsir göstərir.

7. Ekoloji problemlərin də immun sistemə mənfi təsiri böyükdür. Buna görə də vaxtaşırı təbiətin qoynuna çıxmağa, ekoloji baxımdan daha təmiz olan məkanlara üz tutmağa vaxt ayırın.

8. Kimyəvi dərman pereparatlarından çox istifadə, xüsusilə tez-tez antibiotiklərin qəbulu immunitetin zəifləməsinə səbəb olur. Bunu diqqətdə saxlayaraq hər hansı bir xəstəliyin müalicəsi zamanı kimyəvi tərkibli dərmanlardan minimum istifadə etməyə çalışın.

9. İnsan orqanizmi üçün tələb olunan vitaminlər, mikroelementlər, minerallar yetərincə olmayanda immun sistemi də yetərincə öz funksiyasını yerinə yetirə bilmir. Bu amili aradan qaldırmaq üçün qida rasionuna dəyişiklik etmək kifayətdir.

10. Nəhayət, istər fiziki, istərsə də zehni iş yükünü istirahət vaxtı ilə düzgün balanslaşdırmaq vacib şərtlərdəndir. Çünki fiziki və zehni yorğunluq da immun sistemini zəiflədə biləcək amillərdən biridir.

İmmun sisteminizə diqqət yetirin ki, xəstəliklərdən uzaq olasınız. Unutmayın ki, öncə sağlamlıqdır.

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Ölkə üzrə son vəziyyət - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb. Xidmətdən Sfera.az-a bildirilib ki, fevralın 24-ü saat 18:00-a olan məlumatına əsasən, qarın in...

Son sutkada yoluxanların sayı AÇIQLANDI

Azərbaycanda bu gün koronavirus infeksiyasına 220 yeni yoluxma faktı qeydə alınıb, 145  nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sfera.az xəb...

Qarın yağması koronavirusu zəiflədəcəkmi? – Həkim əksini düşünür, çünki...

Hazırda dünyada, eləcə də Azərbaycanda koronavirusla mübarizə aparılır. Digər tərəfdən insanlar qarın yağması və havanın şaxtalı keçməsinin yoluxucu xəstəlikl...

Azərbaycanda daha bir virus təhlükəsi: 18 günədək gizli qalır – İnfeksionistdən XƏBƏRDARLIQ

Sərhəd qonşumuz İranda quş qripi epidamiyası günü-gündən kəskin hal almaqdadır. Belə ki, sözügedən xəsətəlik səbəbi ilə ölkədə 1 milyona yaxın quş məhv edilib....

Bu, COVID-19-u tamamilə MƏHV EDİR

Son dövrlər xəstə insanların bəzi yaralarının sağalmasında istifadə edilən ozon qazının (oksigen molekullarının ultrabənövşəyi süanı udaraq iki oksigen atomuna ...

İsa Qəmbər koronavirusa qarşı peyvənd vurdurdu - VİDEO

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri, sabiq spiker İsa Qəmbər koronavirus əleyhinə peyvənd olunub. Sfera.az xəbər verir ki, Müsavat partiyasının ...