\"Çimmək, duş, vanna qəbul etmək olmaz!\" - Məşhur həkimdən koronavirus xəstələrinə MƏSLƏHƏT

\
"Covid-19 infeksiyasının erkən dövrdə tez və daha dəqiq təyin edilməsinin ən doğru yolu burun boğazdan edilən yaxmadır. Lakin, testin edilməsi üçün müəyyən qaydalara riayət olunması vacibdir. Belə ki, bu qaydaların pozulması COVID-19 zamanı testin aşkarlama faizinə çox neqativ təsir edir və yanlış nəticə vermə ehtimalını yüksəldir".

Bu sözləri Sfera.az-a açıqlamasında allerqoloq-pulmonoloq Ramin Nəriman deyib.


 
O bildirib ki, COVID-19 zamanı burun-boğazdan ediləcək yaxmaya hazırlıq qaydası belədir: səhər yuxudan oyanandan sonra ağzınızı yaxalamayın, dişinizi fırçalamayın, su-çay içməyin, yemək yeməyin, siqaret çəkməyin, burnunuzu silib təmizləməyin. Yaxma verəndən sonra gündəlik həyatınıza davam edə bilərsiniz.

Həkimin sözlərinə görə, diaqnostikanın digər metodu seroloji metoddur:

"COVID-19-u təyin etmək üçün erkən dövrdə qanda koronavirus əleyhinə igM və igG yoxlamağın demək olar ki, heç bir diaqnostik əhəmiyyəti yoxdur. Çünki bunlar ən tez xəstəlik başlayandan 5-7 gün sonra yarana bilər. Xəstəliyin müalicəsində isə məhz ilk həftə həyati vacib dövrdür. Yəni igM və igG əsasında diaqnozlaşdırılan COVID-19 artıq gecikmiş dövrü əhatə edir. Xəstəliyin ən ağır dövrü 6-12-ci günləri əhatə edir".

Həkim qeyd edib ki, döş qəfəsinin kompyuter tomoqrafiyası (KT, CT) da COVID-19 xəstəliyini aşkarlama metodlarından biridir. 

"KT-nin də olunması üçün şikayətlər başlayandan sonra ən azı 3 sutka gözləmək lazımdır. KT müayinənin ən optimal günləri 5-7-ci günlərdir. Əgər xəstədə yaxma metodu ilə COVID-19 aşkarlanıbsa və pasientin vəziyyəti qənaətbəxşdirsə, KT etməyə gərək yoxdur. Xəstəlik sağalandan sonra isə təkrar KT etmək qəti yolverilməzdir. COVID-19 zamanı ağciyərdə yaranan dəyişikliklər 2-3 ay ağciyərdə qala bilər və bu tədricən keçib gedəcək. Heç bir müayinə metodu koronavirusu 100% tam təsdiq və ya tam inkar etmir.

Əlavə olaraq onu deyim ki, soyuq xəstəliyi hədsiz dərəcədə ağırlaşdırır. Xəstəlik dövründə çimmək, duş, vanna qəbul etmək olmaz".
 
Gülər
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Prezident quru sərhədlərin bağlı qalmasının SƏBƏBİNİ AÇIQLADI

“Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşah...

Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün imtahan (ikinci cəhd) keçirəcək. Qəbul imtahanı m...

Tanınmış aparıcının vəkil xanımında yenidən xərçəng aşkarlandı

Yaxın günlərdə aparıcı İlqar Mikayıloğlunun vəkil xanımı Zülfiyyə Bayramovanın xəstəxanadan görüntüləri yayılmışdı.   Sfera.az xəbər verir ki, aparıc...

Silva "Barselona"ya KEÇƏCƏK? - Gələn yay...

"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva klubdakı müddətinin başa çatdığını hesab edir.   Sfera.az bildirir ki, portuqaliyalı fu...

Azərbaycan ABŞ ilə maliyyə sektorunda əməkdaşlığı möhkəmləndirməyi MÜZAKİRƏ ETDİ

Azərbaycan və ABŞ-nin maliyyə sektorları arasında əməkdaşlığın möhkəmləndirilməsi imkanları müzakirə edilib.   Sfera.az xəbər verir ki, bunu Azərbayc...

"Bu, açıq xəbərdarlıqdır" - Kim Çen nüvə ilə bağlı TAPŞIRIQ VERDİ

Şimali Koreya dünən keçirdiyi raket sınağını təsdiqləyib.   Sfera.az bildirir ki, bu barədə ölkənin rəsmi mətbuatında məlumat dərc edilib. Şimali Ko...