İmişlidəki yanğında 5 polis əməkdaşı zəhərlənib - DİN

İmişlidəki yanğında 5 polis əməkdaşı zəhərlənib - DİN
Xəbər verdiyimiz kimi, iyun ayının 25-də İmişli rayonundaki bazarda güclü yanğın hadisəsi baş verib.

Sfera.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanğının qarşısının alınması üçün FHN-nin əməkdaşları ilə yanaşı, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları da hadisə yerinə cəlb olunublar. Zəruri bütün tədbirlər görüldükdən sonra alovun qarşısı alınıb.

Polis əməkdaşları yanğının baş verdiyi ərazidə təxirəsalınmaz təhlükəsizlik tədbirləri həyata keçiriblər. Alovun digər ərazilərə keçməsinin qarşısı alınıb.

Hadisə nəticəsində beş polis əməkdaşı tüstüdən zəhərlənib, müxtəlif dərəcəli xəsarətlər alıblar. Hal-hazırda onların vəziyyətləri qənaətbəxşdir.

Yanğının başvermə səbəbləri araşdırılır.

OXŞAR XƏBƏRLƏR