İmişlidə mübahisə qanlı bitdi: 32 yaşlı kişi bıçaqlandı
10:15 / 05.09.2021
3065
İmişli rayonunda bıçaqlanma hadisəsi baş verib.
Sfera.az-ın məlumatına görə, hadisə Şahverdili kəndində qeydə alınıb.
Belə ki, 1989-cu il təvəllüdlü Hüseynov Səbuhi Sabir oğlu mübahisə zəminində bıçaqlanıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.
Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.