\"Çimərliklərə və hovuza giriş vaksin pasportu ilə olsun\" - Həkimdən TƏKLİF

\
Ekspertlər bildirir ki, çimərliklər, yəni dəniz koronavirusun yayılmasına xidmət etmir. Belə ki, mütəxəssislərin açıqlamarına görə, duzlu dəniz suyu yoluxduruculuq qabiliyyətinə malik deyil. 
 
Bəs, maraqlıdır, hovuzlarda vəziyyət necədir? Burada koronavirusa yoluxma riski nə qədərdir?

Məsələ ilə bağlı Sfera.az-a danışan həkim-radioloq Aydın Əliyev çimərliklərə və hovuza girişin pasportla olmasının zəruriliyini bildirib:

"Hovuza buraxılma peyvənd pasportu, ya da immun pasportu ilə olmalıdır. Bu təkcə hovuzlara yox, çimərliklərə də şamil edilməlidir. Çünki burada məsələ təkcə su vasitəsi ilə yoluxmadan getmir. Əsas məsələ insanların yaxın təmasla bir-birini yoluxdura bilməsidir. Yəni adicə geyinib-soyunma otağı belə yoluxma baxımından təhlükəli ola bilər. Artıq elmi surətdə də təsdiq edilib ki, koronavirus ətraf mühitdə çox yaşayan virus deyil. Belə ki, virusun yayılması insandan-insana keçmə yolu ilə olur. 

Virusa yoluxan şəxsin koronavirusu istər hovuz, istərsə də dəniz vasitəsilə yayması aktual deyil. Aktual olan məsələ həmin çərçivədə olan şəxslərin bir-birini yoluxdurmasıdır. Hovuzdakı su dezinfeksiya olunduğu üçün yoluxduruculuğa malik deyil". 

Əzizə Zeynal
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...