\"İmam Mehdi”yə inanan cahil, savadsız kütlə…\" – Faiq Ağayevdən SƏRT SÖZLƏR
16:23 / 24.08.2021
1644
"O yalançı "imam Mehdi"ni qoyun bir kənara. Adam "moşennik"dir, adı üstündə. Bəs ona inanan, sonuncu qəpiyindən belə keçən cahil, avam, geridəqalmış, savadsız kütlə?”.
Sfera.az bildirir ki, bunu Xalq artisti, müğənni Faiq Ağayev deyib. O, sözügedən şəxsləri ciddi tənqid edib:
"Həmin insanları da sevdiyiniz "zarafatda"kı kimi, Pakistandan göndəriblər bura? İnternetdə "Cinçıxarma", "ərqaytarma", "bəxtaçma" elanlarından can qurtarmaq olmur. "Bolt"un reklamına meydan oxuyur o elanlar. Hələ də Əfqanıstanın orta əsrlərdə qalmasına "heyrətlənirsiz"?”.
Xatırladaq ki, bu gün özünü 12-ci İmam Mehdi kimi adlandıran Babayev Aqil Zalış oğlu saxlanılıb.
Türkan
Sfera.az