İlqar Məmmədovla Sevinc Osmanqızı feyzbukda üz-üzə gəldi: \"Al, bu da sənin müxalifətin...\"

İlqar Məmmədovla Sevinc Osmanqızı feyzbukda üz-üzə gəldi: \
 

Real Partiyasının sədri İlqar Məmmədovla AXCP arasındakı sular durulmur.

Sfera.az Musavat.com-a istinadən xəbər verir ki, İ.Məmmədov son statusunu jurnalist Sevinc Osmanqızına həsr edib.

Partiya sədri statusunda yazıb ki, "İlhamsevərlər klubu"nun üzvləri Natiq Cəfərlini birinci dəfə hədəfə alıb qaralamaq cəhdi etmirlər: "Mən həbsdən çıxandan dərhal sonra Sevinc Osmanqızı zəng vurub "xəbərçi"liyi birinci etdi, təxminən belə: "İlqar, sən bilirsən, Natiq Cəfərli Mehriban Əliyevanın vitse-prezidentliyinə "niyə də yox" deyib." Natiqə heç nə demədim, mövzunu dibinə kimi araşdırdım. Saxta və boş bir ittiham idi. Fikirləşdim ki, Sevinc xanım sadəcə səhv edib. Sonra gördüm ki, Sevinc Osmanqızı bir partiyanın mətbuat katibi imiş. Əməkdaşlığı kəsdim, çünki mənim bir partiya sədrinə deməyə sözüm varsa, birbaşa özünə deyərəm, mətbuat xidmətinə yox”.

İ.Məmmədov eyni zamanda yazıb ki, bu cür kampaniyalar davam edib: "Gördüm ki, həbsdə olduğum illərdə ara-sıra Erkin Qədirliyə qarşı, Azər Qasımlıya qarşı, başqalarına qarşı bu növdə kampaniyalar aparılıb. Vuranlar da kimmiş? Əliyev rejimindən zamanında mandatdan tutmuş maaşa qədər mükafatlar almış şəxslər. Atadan oğula bağışlanmış müxalifət... "A bala, al, bu da sənin müxalifətin". Bağışlanmış hədiyyənin sən demə sadəcə rəmzi mənası deyil, əməli funksiyası da olarmış. Atanın oğula bağışladığı müxalifət üç boykotla oğulun həyat yoldaşını vitse-prezidentliyə yüksəltdi. Bağışlanılmış müxalifətin funksiyaları tükənmir. Cümhuriyyətçilərə qarşı, ailə hakimiyyətinə həqiqi mənada ideoloji müxalifətdə olan REAL-a qarşı sistematik kampaniya aparmaq da bağışlanmış müxalifətin mandatına daxil imiş. Ata sizi oğluna bağışladığı kimi, biz də sizi başqa cür bağışlayırıq. Azərbaycan xalqı ailə hakimiyyəti səhifəsini çevririb Cümhuriyyət quracaqdır. Deputat pensiyanızı alacaqsınız”.

Sözügedən statusa S.Osmanqızının da cavabı gecikməyib. Jurnalist öz sosial şəbəkə səhifəsində yazıb ki, İ.Məmmədovla həqiqətən də söhbətləri olub: "O, özü mənə zəng etmişdi. Giley edirdi ki, arada bir anlaşılmazlıq var, kim onu görürsə, nədəsə ittiham edir, Realın mitinq mövqeyini tənqid edir və s. Məndən xahiş etdi ki, nə baş verdiyini ona deyim. "Mən olmayanda Real mitinqlə bağlı nə deyib ki?" Mən bir dost kimi o, 5 il həbsdə ikən Real ətrafında baş verənləri başa düşdüyüm kimi ona danışmağa çalışdım. Dedim ki, ətrafındakılar özlərini kobud, qaba, təkəbbürlü aparırlar. Başqalarını aşağılayırlar. Dost qazanmaq əvəzinə özlərinə düşmən edirlər. Yersiz bəyanatları ilə "yeni hakimiyyətin yeni müxalifəti" olmağa çalışan kimi görünürlər. İlqar Məmmədova mənim əvvəlki verilişlərimə baxsın, özü qərar versin, dedim”.

S.Osmanqızı yazıb ki, İ.Məmmədov ikisinin arasında olan bu söhbəti təhrif edərək, ona don geyindirmək üçün istifadə edib. "Görəsən onu həbsdə mənim qədər müdafiə edən olubmu?” deyə sual edən xanım jurnalist daha sonra aşağıdakıları yazıb: "Onun azadlığa çıxanda ilk müsahibə verdiyi adam mən olmamışammı? Doğrudanmı İlqar Məmmədov özündə heç bir yanlışlıq görmür? Nə vaxtadək jurnalistlərdə özünə düşmən görəcək? Təəssüf edirəm...”


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...