No Image
No Image

İlqar Məmmədovdan sərt sözlər: “Operativ Qərargahın “qandığı qrafa“ yoxdur“

İlqar Məmmədovdan sərt sözlər: “Operativ Qərargahın “qandığı qrafa“ yoxdur“
"İntihar sayının karantin məhdudiyyətləri uzandıqca artacağını neçə-neçə alim uzun müddətdir yazırdı. İndi dünyanın hər yerində bu təsdiqlənir”.

Sfera.az xəbər verir ki, bunu REAL Partiyasının sədri İlqar Məmmədov deyib.

"Adi axtarışa verin, görün, nə qədər elmi yazılar və jurnalist reportajları tapırsınız. Bir nəfərin acı taleyi söhbəti çox istiqamətə yönəldə bilər, statistika isə hər şeyi izah edir, çünki öz mahiyyətinə görə bir növ "alın yazısı"dır. Məsələn, karantinli ölkələrin birində təkcə iyul-oktyabr aylarında qadınlar arasında intihar halları 37 faiz, gənclər arasında isə 49 faiz artmışdır, deməli, gənc qadınlar xüsusilə çox mənəvi əziyyət çəkir. Küçədə də maska taxmaq kimi ağılsız qərarlar verən Operativ Qərargahın "qandığı qrafa" yoxdur ki, aylarla toy, şənlik, gülər üz görməyəndə ruh halı zəifləmiş insanlar həm də küçədə xoş insan sifəti əvəzinə tibbi maska, xəstəxana ab-havası görəndə daha da depressiyaya girir, intihara meyillənir. Bu sadə şeyləri qanmaqdan ötrü heç psixoloq olmaq lazım deyil, həyat təcrübəsi yetər. Karantinin öldürücü olduğunu bir çox statistik göstəricilər sübut edir, o cümlədən intiharlar statistikası... Bu təcrübə dərhal rədd edilməlidir”,-deyə siyasətçi əlavə edib.
 
(yenisabah)

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Daha bir rayonda yollar buz bağladı: Avtomobillərin hərəkəti çətinləşdi

Kəskin hava şəraiti ilə əlaqədar Biləsuvar rayonunda avtomobillərin hərəkəti məhdudlaşıb. Sfera.az-ın məlumatına görə, qarın yağması nəticəsində rayon əra...

Koronanın ən çox ziyan vurduğu sahələr bəlli oldu

COVİD-19 pandemiyasının təsiri nəticəsində Azərbaycanda ümumi yükdaşımaların 2020-ci ildə 2019-cu illə müqayisədə 19,8% azalmasının ölkə üzrə iqtisadi artıma tə...

Nazirlikdən hava ilə bağlı - XƏBƏRDARLIQ

"Şaxtalı hava şəraiti ilə əlaqədar əhalini ehtiyatlı və diqqətli olmağa çağırırıq”.   Sfera.az-ın xəbərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi...

Ən çox qar bu ərazilərə yağdı

Milli Hidrometeorologiya Xidmətinin fevralın 24-ü saat 09:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti kəskin dəyişib, yağıntılı olub, qar yağıb, bə...

Şəhid anası itkin düşdü

Birinci Qarabağ müharibəsində şəhid olan Rövşən Əliyevin anası Adilə Şükürova itkin düşüb.  Sfera.az-ın verdiyi xəbərə görə, A. Şükürova dörd gün önc...

NK açıqladı: Ermənilərin vurduğu ziyana görə...

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə vurduğu ziyana görə ödənilən ilkin yardımın verilməsi ilkin siyahı üzrə başa çatdırılıb. Bu ba...