İlon Mask \"Tesla\"nın bir milyard dollara yaxın səhmlərini satdı
16:09 / 10.12.2021
1069
"Tesla" şirkətinin rəhbəri İlon Mask şirkətin 963 milyon dollar məbləğində səhmlərini satıb.
Sfera.az-ın məlumatına görə, o, səhmləri 2,2 milyon istiqrazın icrası üzrə vergilərin ödənməsi məqsədi ilə satdığını bildirib.
İ.Mask noyabr ayından etibarən "Tesla"dakı payını azaltmağa başlayıb. Son beş həftə ərzində o, 11,8 milyard dollar məbləğində səhm satışa çıxarıb.
Qeyd edək ki, İlon Mask bu gün öz "Twitter" səhifəsində işini tərk edərək bloger olmaq arzusunda olduğunu bildirmişdi.