İlon Mask sevgilisindən ayrıldı: \"Hələ də bir-birimizi sevirik\"

İlon Mask sevgilisindən ayrıldı: \
"SpaceX” və Tesla” şirkətlərinin rəhbəri İlon Mask kanadalı müğənni sevgilisi Qraymsdan ayrılıb.
 
Sfera.az bildirir ki, bu barədə iş adamı "Page Six" jurnalına açıqlamasında deyib. O, hazırda ayrı yaşadıqlarını qeyd edib.

"Amma hələ bir-birimizi sevirik, tez-tez görüşürük. Mən işlərimə görə adətən Texasda oluram və ya vaxtaşırı səyahətlər edirəm, amma Qrayms işinə görə Los Ancelesdə qalmalı olur. Bu səbəbdən ayrı yollarda addım atmalı olduq”, - deyə Mask qeyd edib. O, həmçinin oğullarını birlikdə böyüdəcəklərini bildirib.
Xatırladaq ki, cütlüyün X Æ A-Xii adında bir övladları var.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR