İlon Mask bir günə 15 milyard dollar itirdi

İlon Mask bir günə 15 milyard dollar itirdi
"SpaceX” və "Tesla” şirkətlərinin rəhbəri İlon Maskın sərvəti son sutkada 15 milyard dollar azalıb.

Sfera.az xəbər verir ki, buna səbəb onun "Tesla” şirkətinin səhmlərinin dəyərdən düşməsi olub. Bu barədə "Bloomberg Billionaires Index” (BBI) reytinqində məlumat verilib.

Maskın sərvəti 15,2 milyard dollar azalaraq 183 milyard dollara enib. Eyni zamanda, "Amazon” qurucusu Ceff Bezosun sərvəti 3.73 milyard azalaraq 186 milyard dollara düşüb.

Hazırda Bezos dünyanın ən varlı insanları sıralamasında birinci, İlon Mask ikinci yerdədir.

OXŞAR XƏBƏRLƏR