İllərin təzyiq xəstəsi 10 günə necə sağaldı - Cəmi bir metod

İllərin təzyiq xəstəsi 10 günə necə sağaldı - Cəmi bir metod
Əgər hələ də yüksək təzyiqdən necə xilas olacağınızı bilmirsizsə, bu real təcrübə köməyinizə gələ bilər. Yüksək təzyiq gənc yaşlardan başlaya bilər və getdikcə çox vacib damarları zədələyir. Bədəndə qan dövranı pozulanda əsas orqanlar sıradan çıxır.

Sfera.az xəbər verir ki, Rusiyada 30 illik təzyiq xəstəsi dərman müalicəsi ilə belə təzyiqi sala bilmədiyindən sovet dövründəki həkimlərin ürək, böyrək xəstələri üçün təyin etdiyi duzsuz pəhriz, 7 və 10 nömrəli pəhrizlərə başlayır.

"Təzyiqi müalicə etmək üçün möcüzə tablet yoxdur, dərman atsanız da təzyiq ram olmaya bilər. Xəstə nə qədər çox dərman qəbul edirsə, bir o qədər orqanizmin ömrünü qısaldır. Mən təzyiq dərmanı ilə yanaşı ürək-damarlar üçün tabletlər, sidikqovucular içirdim.

Dəfələrlə həkim dieta da saxla desə də, konkret hansı dietadan söz getdiyini demir, mən də yeməyimdən qalmırdım.

Son 1 ildə təzyiq dərmanım belə təzyiqi salmırdı, günlərlə başım gicəllənir, ürəkdə tutmalar olur, təcili yardım çağırır, belə yaşamaqdan bezmişdim.

Mən duzsuz qidalanmağa keçdim. Rasiondan duzu çıxartdım.

Buna öyrəşmək ilk günlər çox çətin idi, amma getdikcə toyuq da, ət də, salatlar da duzsuz da dadlı gəlirdi. Şorbaları quru və təzə göyərti, ədviyyatlarla dadlandırdım.

Menyuya paxlalar, yarmalar daxil etdim.

3 gündən sonra ilk təsiri hiss etdim: axşama kimi ayaqlarım şişmirdi, başımdakı ağrı və təzyiq itdi.

İnsan zamanla yüksək təzyiqə elə uyğunlaşır ki, başında, gözündəki o təzyiqi hiss etmirsən, bədən birtəhər özünü tənzimləyir və adama elə gəlir ki, normal gəzir, oturur. Həmin vaxt isə təzyiqin 160, 180 ola bilər.

İndi isə təzyiqim 140-dan yuxarı qalxmır, bir az yüksələn kimi dərhal hiss edirəm. Bu da o zaman baş verir ki, mən qonaq gedirəm, restoranda, kafedə yeyirəm, orqanizmə duz daxil olur.

Bu qidalanma ilə bir ay sonra mən demək olar, çox dərmanlardan imtina etdim, cəmi bir təzyiq dərmanım qaldı.

Bu dietaya keçəndən sonra bədəndə yüngüllük, enerji, güc artdı.

Əgər siz də uzun illərin təzyiqindən və onun gətirdiyi fəsadlardan xilas olmaq istəyirsizsə, duzu ləğv edin. İnternetdən sovet dövrünün 7 və 10 nömrəli stol pəhrizini axtarıb riayət edin". /medicina.az

OXŞAR XƏBƏRLƏR

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəll...

Əməkdar artist Firuzə İbadova haqqında yayılan xəbəri təkzib etdi

Əməkdar artist Firuzə İbadova səhnədən gedəcəyi xəbərlərini təkzib edib.    “Unikal” xəbər verir ki, müğənni “F...

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib.   Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqların...

Şagirdlərin tətil günləri AÇIQLANDI

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrində 2023/2024-cü tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayır.   Sfera.az xə...