“İlk dəstək göstərilməli təbəqə onlardır” – Deputat günəmuzdə işləyənləri xatırlatdı

“İlk dəstək göstərilməli təbəqə onlardır” – Deputat günəmuzdə işləyənləri xatırlatdı

"Azərbaycan dövlətinin həyata keçirdiyi karantin tədbirlərinin mahiyyətini siyasiləşdirmək olmaz. Hökumətin bu sahədə tutduğu mövqe istisnasız olaraq təqdirəlayiqdir və vətəndaş özünün, ailəsinin, ümumilikdə cəmiyyətin təhlükəsizliyi naminə bu tədbirlərə dəstək verməlidir”.

 

 

Sfera.az-ın məlumatına görə bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib. Onun sözlərinə görə, insanların sağlıq təhlükəsizliyi ilə yanaşı onların sosial müdafiəsi də mühümdür:


"Bir neçə gün öncə televiziyada çıxışımda da dediyim kimi, şəxsən mənim təmsil olunduğum Biləsuvar rayonunda günəmuzd işləyən, günlük əməyindən asılı olaraq evinə, ailəsinə çörək aparan şəxslər var. Karantin tədbirləri dövründə ilk dəstək göstərilməli təbəqə məhz onlardır. İnanıram ki, hökumət qısa zaman kəsiyində məsələyə dair tədbirlər planının icrasına başlayacaq. Əminliyim də onunla bağlıdır ki, cənab Prezident proseslərin ilk günündən iradəsini ortaya qoyaraq 1 milyard pul ayırıb. İndi qalır Nazirlər Kabinetinin müəyyən mexanizm taparaq işlətməsi. Təbii ki, məsələni qısa müddətdə həll etmək asan iş deyil, lakin onu da anlayaq ki, evdə ac oturmaq da asan deyil. Ona görə də cənab Əli Əsədov başda olmaqla hökumət rəsmilərindən prosesi tezləşdirmələrini xahiş edirəm.


Bu arada, bir daha vətəndaşlarımızı karantin tədbirlərinə əməl etməyə, dövlətin imkan və resurslarını lazımsız istiqamətdə xərcləməməyə, təxribatçı, fürsətdən siyasi məqsədlər üçün istifadə etməyə çalışanlara meydan verməyərək dövlətçiliyimizin müdafiəsi naminə dövlət başçısının ətrafında daha sıx birləşməyə çağırıram”.


OXŞAR XƏBƏRLƏR

Azər Türk Bank daha bir filialını istifadəyə verdi - FOTOLAR

Dövlət bankı Azər Türk Bank özünün xidmət şəbəkəsini genişləndirməkdə davam edir.   Bu gün Bank Sumqayıt şəhərində yeni koseptdə açılan fiz...

Azərbaycanla Ermənistan arasında sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi BAŞLADI

Azərbaycan-Ermənistan sərhədində yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlanılıb.   Sfera.az xəb...

ABB-nin ATM-lərində YENİLİK!

Ölkəmizin ən böyük xidmət şəbəkəsinə malik banklarından olan ABB öz ATM-lərində yeni proqram təminatının tətbiqinə başlayıb. Bu yenilik ATM-lər vasitəsilə bank ...

"Ermənilərə həmişə türk kömək edib, sülh müqaviləsi bağlanacaq" - Deputat

“2023-cü il dövlət səviyyəsində Heydər Əliyev ili idi. Dünən Moskvada dövlət başçılarının görüşündə Baykal-Amur magistralında rolundan danışıldı, bu da He...

Sosial yardımlar nə vaxt veriləcək? - RƏSMİ AÇIQLAMA

Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprelin 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. ...

Siyavuş Novruzov Əli Kərimlini debata ÇAĞIRDI: "Tiktokerlik etməkdənsə, gəlsin..."

“Azərbaycanın atdığı hər addım beynəlxalq hüquq standartlarına uyğundur”.    Sfera.az xəbər verir ki, bunu Milli Məclisin ...