İlin 300 günü yatır, ayda 5 gün işləyir - \"Həddən artıq yorğun oluram...\"
17:33 / 14.07.2021
639
Hindistanın Naqaur şəhərindən olan 42 yaşlı kişi nadir yuxu pozğunluğu səbəbindən ildə 300 gün yatır.
Sfera.az xəbər verir ki, Purkharam adlı 42 yaşlı hindistanlı, səhhətindəki problemə görə, yuxuya getdikdə fasiləsiz olaraq 20-25 gün ərzində yatır və bu müddətdə ailəsi ona qulluq edir.
Purkarham adlı şəxs öz mağazasını bu səbəblə ayın 5 günü açıq saxlaya bilir. İlk dəfə 23 il əvvəl fasiləsiz olaraq yatmağa başlayan şəxsin keçən zaman ərzində yuxu müddəti daha da artıb.
Purkarham müalicə almasına və həddindən artıq yatmasına baxmayaraq, bədəninin tez-tez yorulduğunu və məhsuldarlığının demək olar ki, sıfır olduğunu söyləyib, şiddətli baş ağrısı kimi bir çox problemlər yaşadığını deyib.
Əzizə Zeynal
Sfera.az