No Image
No Image

“İlham qardaşıma zəng edib deyirlər ki, yanınızda kimin olduğunu bilirik”

“İlham qardaşıma zəng edib deyirlər ki, yanınızda kimin olduğunu bilirik”
"Bu gün Türkiyə ən çox mühacir qəbul edən ölkədir. Milli gəlirinə görə ən çox pul xərcləyən ölkə də Türkiyədir. Buna görə peşmanlığımız yoxdur. Bu insanlara ən çətin zamanlarında qucaq açdığımıza görə qürurluyuq.

Suriyada təxminən 4 milyon insana sahib çıxdıq. İndi də orada kərpic evlər tikirik. İdlibdə evsiz qalan qardaşlarımızı ora yerləşdirmək yolundayıq. Qərbdən təşəkkür gözləyərkən sərhədlərimizə yaxın terror dəhlizinin yaradılması cəhdi ilə qarşılaşdıq. Şərqi Aralıq dənizində maneələrə məruz qaldıq. Qafqazda Azərbaycanın yanında olduğumuza görə bizi tənqid etdilər”.

Sfera.az "Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Malatya vilayətində keçirilən toplantısında bidirib.

"Bəzi amerikalılar İlham qardaşıma zəng edib deyir: "Biz sizin yanınızda kimin yer aldığını bilirik, Ərdoğan var, Türkiyə var. Biz Türkiyəyə də lazım gələrsə, sanksiya tətbiq edərik”.

Sən kiminlə oynadığının fərqində deyilsən. Sanksiya tətbiq etmək istəyirsənsə, et, gecikdirmə.

"F-35” üçün addım atdıq, bizi təhdid etdiniz. ""S-400”ləri Rusiyaya geri göndərin” dediniz. Biz qəbilə dövləti deyilik. Biz Türkiyəyik, Türkiyə! 

Dünyanı yaşanmaz hala gətirən qüvvələr oyunlarını pozduğumuza, gerçək üzlərini ortaya çıxardığımıza görə bizi hədəf taxtasına qoyublar. Qoysunlar, dayanmaq olmaz, yola davam!, - deyə Ərdoğan sözlərinə əlavə edib.

OXŞAR XƏBƏRLƏR

Qənirə Paşayeva həftəlik hesabat verdi

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva son 5 gün içində yüzdən çox vətəndaşımızı onlayn şəkildə qəbul edərək, görüntülü danışıb, onların mü...

Paşinyan Moskvaya səfər edəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan 30 noyabr - 4 dekabr tarixlərində Moskvada işgüzar səfərdə olacaq. Sfera.az Xarici mətbuata istinadən xəbər verir k...

Rusiyalı politoloq: “Fransa ATƏT-in Minsk qrupundan çıxarılmalıdır”

"Rusiya, Azərbaycan və Ermənistan arasındakı üçtərəfli razılaşma Türkiyə, Rusiya və İranın sənət əsəridir. Mənim anlayışıma görə, bu həm Azərbaycanın, həm Rusiy...

Türkiyənin ən böyük 4 partiyası Fransa Senatının Qarabağ qərarını PİSLƏDİ

Türkiyə Böyük Millət Məclisinin Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası (CHP), Milliyətçi Hərəkət Partiyası (MHP) və İYİ Partiyanın millət...

Mikayıl Cabbarov Qətərin səfiri ilə görüşdü

İqtisadiyyat naziri Mikayıl Cabbarov Qətər Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab ilə görüşüb. ...

Sahibə Qafarova MDB PA-nın 51-ci plenar iclasına qatıldı

Noyabrın 27-də Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleya Şurasının iclası və MDB iştirakçısı olan dövlətləri...