İlham Əliyevdən sərəncam: Yeni ildə bu ailələrə 100 manat pul veriləcək

İlham Əliyevdən sərəncam: Yeni ildə bu ailələrə 100 manat pul veriləcək
 

Prezident İlham Əliyev aztəminatlı ailələrə birdəfəlik yardım göstərilməsi haqqında sərəncam imzalayıb.

Sfera.az xəbər verir ki, sərəncamla Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 2019-cu il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 100 (bir yüz) manat məbləğində birdəfəlik yardım ödənilsin.

Birdəfəlik yardımın maliyyələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı üçün nəzərdə tutulmuş vəsaitdən 7,6 milyon (yeddi milyon altı yüz min) manat ayrılır.


OXŞAR XƏBƏRLƏR