İlham Əliyevdən Paşinyana "Aşqabad zərbəsi": "Faşizmi qəhrəmanlaşdırırlar..."

İlham Əliyevdən Paşinyana

 

Azərbaycan lideri Ermənistanın yeni hakimiyyətini əvvəlki hakimiyyətin faşist Qaregin Njdeyə qoyduğu abidəni hələ də sökməməkdə ittiham edib

MDB məkanında faşizmin qəhrəmanlıq səviyyəsinə qaldırılmasına yer yoxdur".

 

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Aşqabadda keçirilən MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışı zamanı deyib.

 

 

Azərbaycan xalqının Böyük Vətən Müharibəsi illərindəki rolunu qeyd edən Prezident xatırladıb ki, MDB dövlət başçıları dəfələrlə faşistlərin qəhrəmanlaşdırılmasının əleyhinə çıxış ediblər.

 

 

 

"Təəssüf ki, bu hal MDB məkanında baş verir. Ermənistanda keçmiş iqtidar Yerevanın mərkəzində alman faşistlərinə Qaregin Njde adı altında qulluq etmiş faşist cəlladı və vətən xaini Qaregin Ter-Arutyunyana abidə ucaldıb", - o vurğulayıb.

 

 

Prezident İlham Əliyev Rusiya Xarici İşlər Nazirliyinin may ayındakı hesabatından sitat gətirib. Faşizmin qəhrəmanlaşdırılmasına həsr olunmuş hesabatda bildirilirdi ki, Njdenin faşistlərlə əməkdaşlığına dair məlumatlar mövcuddur. İlham Əliyev xatırladıb ki, Njde sonradan müvafiq sovet orqanları tərəfindən həbs edilib və Vladimirdəki həbsxanada ölüb.

 

 

"Təəssüf ki, Ermənistanın yeni hökuməti bu abidəni sökmədi. Hesab edirəm ki, MDB məkanında faşizmin qəhrəmanlıq səviyyəsinə qaldırılmasına yer yoxdur", - deyə Azərbaycan lideri bildirib.


OXŞAR XƏBƏRLƏR