No Image
No Image

İlham Əliyevdən Nazarbayevə təbrik

İlham Əliyevdən Nazarbayevə təbrik
Prezident İlham Əliyev Qazaxıstanın birinci Prezidenti – Elbası "Nur Otan” Partiyasının Sədri Zati-aliləri cənab Nursultan Nazarbayevə təbrik məktubu ünvanlayıb.

Sfera.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli Nursultan Abişeviç,

Lideri olduğunuz "Nur Otan” Partiyasının Qazaxıstanda keçirilmiş parlament seçkilərində inamlı qələbə qazanması münasibətilə Sizi öz adımdan və Yeni Azərbaycan Partiyası adından ürəkdən təbrik edirəm.

Qazaxıstanın müasir tarixi ölkənin aparıcı siyasi qüvvəsi olan "Nur Otan” Partiyasının fəaliyyəti ilə sıx bağlıdır. Partiya yarandığı gündən Qazaxıstan dövləti və xalqına şərəflə xidmət etmiş, böyük işlər görmüşdür. Qurucusu olduğunuz və başçılıq etdiyiniz partiyanın bu qələbəsi Qazaxıstanın rifahı naminə həyata keçirdiyiniz ümummilli siyasətə, çoxşaxəli fəaliyyətinizə verilən yüksək qiymətin ifadəsi, xalqınızın Sizə olan inam və etimadının bariz təzahürüdür.

Azərbaycan ilə Qazaxıstanı ortaq mənəvi dəyərləri bölüşən xalqlarımızın iradəsindən qaynaqlanan strateji tərəfdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, bu xoş ənənələrə əsaslanan Azərbaycan-Qazaxıstan dostluq və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Qazaxıstan xalqına daim əmin-amanlıq və firavanlıq arzu edirəm".


Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Könül Nurullayeva: "Erməni yalanları ifşa olunacaq"

"İşğaldan azad olunmuş ərazilərdə işlər kompleks şəkildə həyata keçirilir. Dirçəliş konsepsiyasının icrası azad olunmuş bölgələrimizin qısa vaxtda inkişaf etmiş...

Metyu Brayza: Onlara görə artıq hər şeyə qərar verilib

Konqresmen Adam Şiff Kaliforniya ştatında ABŞ-dakı erməni icmasının nümayəndələrinin yaşadığı bölgəni təmsil edir. O, həmişə erməni tərəfini dəstəkləyir. Lakin ...

Anar Kərimov Fransanın dövlət katibi ilə görüşdü

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov yanvarın 26-da Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan Batist Lömuan ilə görüş...

Üç ölkənin baş nazirlərinin müavinlərinin görüş tarixi AÇIQLANDI

Yanvarın 30-da Moskvada Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Rusiya hökuməti sədrinin müavini Aleksey Overçuk və Ermənistan baş nazirinin müavini ...

Milli Məclisin yaz sessiyasının ilk iclasının gündəliyi məlum oldu

Milli Məclisin yaz sessiyasının ilk iclasının gündəliyi məlum olub. Sfera.az-ın məlumatına görə, fevralın 1-də keçiriləcək iclasın gündəliyə 19 məsələ dax...

Azərbaycan XİN Latviyanı təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi Latviyanı müstəqilliyinin tanınmasının 100 illik yubileyi münasibətilə təbrik edib. Sfera.az xəbər verir ki, bu barədə X...