İlham Əliyevdən “Azəriqaz”a sərt - XƏBƏRDARLIQ - VİDEO

İlham Əliyevdən “Azəriqaz”a sərt - XƏBƏRDARLIQ - VİDEO

"Azəriqaz” özü birtərəfli olaraq hansısa qaydalar tətbiq edir və bəzi hallarda insanlara problemlər yaradır.

Sfera.az  xəbər verir ki, bunu Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev bildirib.


"Şəhərlərdə bəzi yerlərdə qazın təzyiqi aşağıdır və bu məsələ ilə bağlı müvafiq göstərişlər verildi, işlər görülür ki, əhaliyə keyfiyyətli qaz verilsin. Eyni zamanda, "Azəriqaz” tərəfindən bəzi hallarda əsası olmayan işlərə də son qoyulmalıdır. 


Çünki mənə məlumat verilir ki, "Azəriqaz” özü birtərəfli olaraq hansısa qaydalar tətbiq edir və bəzi hallarda insanlara problemlər yaradır. 


Buna son qoyulmalıdır və burada maksimum şəffaflıq, ədalət olmalıdır. Çünki yerlərdən belə siqnallar gəlir ki, həm sayğaclarla, həm qazın keyfiyyəti ilə bağlı problemlər var, bunlar tamamilə aradan qaldırılmalıdır. Bütün sahələrdə - elektrik enerjisi, içməli su, təbii qazın verilməsi ilə bağlı maksimum şəffaflıq və ədalət olmalıdır.


Qazlaşdırma Azərbaycanda ən yüksək səviyyədədir və bu il də qazlaşdırma ilə bağlı işlər aparılır. Biz imkanlardan maksimum istifadə etməliyik ki, bu gün hələ də qaz almayan qəsəbələrə, kəndlərə qaz xətləri çəkək. ",- İlham Əliyev deyib.

 

]

OXŞAR XƏBƏRLƏR

“MƏNZİLLƏR BAHALAŞACAQ…” – Ekspert bunu şərtləndirən səbəblərdən danışdı

  "Yeni vergi sisteminə keçidlə əlaqədar tikinti şirkətləri mənzillərin qiymətində müəyyən artımlara getməyə məcbur olacaqlar”. Sfera.az-a açıqla...

Bu icra başçılarının “yuxusu ərşə çəkilib” – PA-ya daha çox hansı rayonlardan şikayətlər daxil olub?

Xəbər verdiyimiz kimi, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev, onun birinci müavini Tatarov Ramiz dekabrın 18-də axşam saatlarında ...

"Mən bunu soruşmuram, mən soruşuram..." - İLHAM ƏLİYEVDƏN İCRA BAŞÇISINA SUAL

Prezident İlham Əliyev bu gün pambıqçılıq mövsümünün yekunlarına dair keçirdiyi müşavirə zamanı rayonlar üzrə məhsuldarlıq səviyyəsini açıqlayıb. Bəzi rayonlard...

“Sərhəddə nəzarəti gücləndirməliyik” – Tanınmış həkim koksaki virusunun hansı ölkədən gəldiyini açıqladı

"Koksaki virusunun yaratdığı dərin təsirlərin fərqində olmadığımız halda, ola bilər ki, həmin viruslar bir müddət sonra hansısa yeni xəstəliyin əsasını q...

Cavid Qurbanovdan xəbərdarlıq: "Evlərinizi elə yerdə tikin ki, sonradan sökülməsin..."

  "Bakıda "Şanxay” adlanan ərazidə dəmir yolu xətlərinə sıx tikilən evlərlə bağlı məsələnin həll edilməsi istiqamətində işlər aparılır”. Sfera.az-ın...

Yaşayış minimumu 190 manat, sosial yardım 160 manat olacaq

  Prezidenti İlham Əliyev 2020-ci il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında qanunları təsdiq edib. Sfera.az xəbər verir ki, 2020-...