İlham Əliyev yeni səfirlərin etimadnamələrini qəbul etdi - FOTOLAR
13:16 / 18.11.2019
1865
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-də İordaniya Haşimilər Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sami Abdullah Ğoşehin etimadnaməsini qəbul edib.
Sfera.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-də həmçinin Qətər Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzabın etimadnaməsini qəbul edib.