İlham Əliyev Vaqif türbəsini ziyarət etdi - FOTO
12:44 / 15.01.2021
1231
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Şuşaya səfəri zamanı Vaqif türbəsini ziyarət edib.
Sfera.az xəbər verir ki, İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva türbənin önündə xatirə fotosu çəkdiriblər.
Qeyd edək ki, 1982-ci ildə türbənin tikintisi başa çatdırılıb və abidənin açılışında o zaman Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin sədri olan Heydər Əliyev iştirak edib.