İlham Əliyev ötən il 12 ölkəyə 16 səfər edib

İlham Əliyev ötən il 12 ölkəyə 16 səfər edib

Hər il bölgələrin sosial infrastrukturunun, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində verdiyi tapşırıqların icrası ilə şəxsən yerində maraqlanan Prezident İlham Əliyev 2016-cı ildə də bu missiyasını uğurla gerçəkləşdirib. 

Sfera.az "Azərbaycan” qəzetinə istinadən xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev ötən il Tovuz, Gəncə, Ağsu, Ağdam (2 dəfə), Bərdə, Tərtər (2 dəfə), Qəbələ, İsmayıllı, Masallı, Biləsuvar, Salyan, Xaçmaz, Qusar, Sabirabad, Mingəçevir, Sumqayıt, Qazax, Ağstafa, Füzuli, Beyləqan, Zərdab şəhər və rayonlarına ümumilikdə 23 səfər edib, 64 yeni obyektin açılışında, 3 təməlqoyma mərasimində iştirak edib.

2016-cı ildə də dövlət başçısının xarici səfərləri, beynəlxalq konfranslara, forumlara dəvət edilməsi ölkəmizin dünyada xüsusi önəmini göstərib və eyni zamanda Azərbaycan üçün yeni imkanlar açıb. Prezident İlham Əliyev ötən il 9 beynəlxalq toplantıda iştirak edib, 12 ölkəyə 16 səfər edib. 

Bundan başqa dövlət başçısı ötən il Türkiyə Respublikasına 4 dəfə səfər edib. Bu səfərlərin üçündə dövlət başçısı beynəlxalq tədbirlərə - İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitində (13-15 aprel), Dünya Humanitar Sammitində (22-23 may) və Dünya Enerji Konqresində (9 oktyabr) iştirak edib.


OXŞAR XƏBƏRLƏR