İlham Əliyev Şuşada olan zaman NƏ BAŞ VERİB: İNANILMAZ FAKT ÜZƏ ÇIXDI

İlham Əliyev Şuşada olan zaman NƏ BAŞ VERİB: İNANILMAZ FAKT ÜZƏ ÇIXDI
Prezidentin Şuşaya səfəri zamanı maraqlı, həm də bölgənin gələcəyinə dair mesaj hesab olunacaq hadisə baş verib.

Yanvarın 15-dən 17-dək Rusiya Fövqəladə Hallar Nazirliyi sülhməramlıların müşayiəti ilə Şuşada Mədəniyyət Evinin yaxınlığında axtarış-xilasetmə işlərini həyata keçirməyi planlaşdırıb.

Müharibə dövründə Ermənistandan gələn polislər Şuşa Mədəniyyət Evində toplanmışdı. Həmin vaxt Azərbaycan Ordusu dəqiq atəşlə cəbhəyə döyüşə göndərilən erməni polisləri məhv etdi. Hələ də həmin ərazidə cəsədlərin axtarışı aparılır.

Lakin Azərbaycan tərəfi bu dəfə icazə verməyib:

1. Prezident İlham Əliyev Şuşada idi;

2. Axtarış-xilasetmə prosesində cəsədlərin tanınması üçün ermənilərin də iştirak etməsi istənilib;


Ermənilər cəsədlərin tanınması üçün axtarış prosesində iştirak edir, amma Prezidentin Şuşa səfəri zamanı buna "yox” deyilməsi təsadüfi deyil. Ermənilər yazır ki, Azərbaycan həmin ərəfədə Rusiya FHN-nin də axtarış icazəsini ləğv edib.

Ermənistan tərəfi iddia edir ki, Şuşa Mədəniyyət Evinə zərbə nəticəsində 22 polis məhv edilib, lakin polis polkovnik-leytenantı Armen Qazaryan və bir neçə polis əməkdaşı itkin düşüb: onların nə cəsədi var, nə də əsirlər arasında adı.

Mədəniyyət Evinə zərbə endiriləndən sonra Armen Qazaryanın ərazidən qaçdığına dair məlumatlar var, lakin indiyə qədər ondan iz tapa bilmirlər.

Nəhayət, dünən Rusiya FHN-nin əməkdaşlarının axtarış aparılmasına icazə verilib. Xarabalıqlar altında heç bir iz tapılmayıb.

Prezidentin Şuşa səfəri zamanı bu addım Qarabağdakı separatçılarla bağlı Bakının qəti mövqeyinin ifadəsidir. Və bu mesaj xüsusilə Rusiyaya ünvanlanıb...
 
(publika)

OXŞAR XƏBƏRLƏR

40 vəzifəli şəxs İŞDƏN ÇIXARILDI - RƏSMİ

"Təhsil müəssisələrində monitorinqlər davam edir".   Sfera.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin di...

Ukraynada öldürülən rus əsgərlərinin sayı AÇIQLANDI

Ukrayna müharibəsinin ikinci ilində 27 mindən çox rus əsgəri həlak olub.   Sfera.az bildirir ki, bu barədə “BBC” araşdırma aparıb. &n...

Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir

2020-ci il 10 noyabr üçtərəfli bəyanatına əsasən, Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin nəzərdə tutulan beş ...

"30 min riyaziyyat və xarici dil müəllimi sertifikasiya imtahanı verəcək" - RƏSMİ

"30 min riyaziyyat və xarici dil müəllimi sertifikasiya imtahanı verəcək".   Sfera.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi ...

Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra etdilər - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra ediblər....

Energetika naziri ABŞ-yə səfər etdi

Energetika naziri Pərviz Şahbazov BMT Baş Assambleyasının prezidenti Dennis Francisin dəvəti ilə ABŞ-yə səfər edib.   Nazirlikdən Sfera.az-a ver...