No Image

İlham Əliyev Rusiyanın Ermənistana silah satmasına görə Putinə zəng etdi

İlham Əliyev Rusiyanın Ermənistana silah satmasına görə Putinə zəng etdi
 Avqustun 12-də Azərbaycan Respublikasının Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb. 

Prezident İlham Əliyev Prezident Vladimir Putinə iyulun 12-16-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat barədə məlumat verib. Dövlət başçısı Ermənistanın növbəti təcavüz aktı nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının və bir nəfər mülki şəxsimizn həlak olduğunu vurğulayıb. Prezident İlham Əliyev Ermənistan silahlı qüvvələrinin sərhəd boyunca kəndləri və yaşayış məntəqələrini artilleriya atəşinə tutması nəticəsində bir çox evlərin dağıldığını və yararsız hala düşdüyünü bildirib.

Prezident İlham Əliyev Ermənistanın bu hərbi hücumunun əsas məqsədinin üçüncü tərəfləri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək olduğunu qeyd edib.

Dövlət başçısı Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra, iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya Prezidentinin diqqətinə çatdırıb.

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində baş verən hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək bu günə qədər Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu bildirib və telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulayıb.

Telefon söhbəti zamanı ölkələr arasında ikitərəfli əməkdaşlığın gündəliyinə aid məsələlər müzakirə edilmiş və Azərbaycan-Rusiya tərəfdaşlığının bütün sahələrdə daha da möhkəmləndirilməsinə dair qarşılıqlı niyyət ifadə olunub.

Prezident İlham Əliyev Vladimir Putini Rusiyada COVİD-19-a qarşı peyvəndin qeydiyyata alınması ilə bağlı təbrik edib.

OXŞAR XƏBƏRLƏR

Nazirlər Kabineti büdcə məsələlərini müzakirə etdi - FOTO

 Bu gün Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə Azərbaycan Respublikasının 2021-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri ...

Ceyhun Bayramov videokonfrans formatında Nazirlər Görüşünə qatılıb

 Sentyabrın 23-də Xarici İşlər naziri Ceyhun Bayramov Açıq Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin videokonfrans formatında keçirilən illik Na...

Nazirlər Kabinetindən Azərbaycanda ordu ilə bağlı MÜHÜM QƏRAR

 "Prezidentin rəhbərliyi altında ortamüddətli perspektivdə, o cümlədən 2021-ci ildə də Hökumət qarşısında qoyulan bütün tapşırıqlar vaxtında və bütövlükdə ...

Azərbaycan Prezidentinin BMT-nin yubileyi münasibətilə çıxışı ölkəmizin dünya miqyasında nüfuzunun göstəricisidir

 Ermənistan və onun rəhbərliyi hər vəchlə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində danışıqlar prosesini pozmağa çalışır, münaqişənin sülh yo...

“Azərbaycanın hər bir vətəndaşı ayıq-sayıq olmalıdır, dövlətimizə zərbə vurmaq istəyirlər”

 "Bu gün Azərbaycan dövlətinə qarşı çox ciddi hücumlar var”. Sfera.az xəbər verir ki, bunu yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Asim Mo...

“Ermənilər heç vaxt istədiklərinə nail ola bilməyəcəklər” - Deputat

 "Ermənistanın cəbhədə qeyri-sabitliyi saxlamaqda marağı dünya ermənilərinin fikrini, diqqətini Ermənistana çəkməkdən ibarətdir. Məqsəd isə onlara istər be...